Moksva görüşü və paşinyankimiləri qıcıqlandıran SƏBƏBLƏR

09:21 31-05-2023 | icon 276 | Siyasət
Moksva görüşü və paşinyankimiləri qıcıqlandıran SƏBƏBLƏR

Aydın Quliyev: "erməni diversiyası Moskvada Ermənistana vurulan diplomatik zərbənin nəticəsidir"

 

"Paşinyan Moskvada düşdüyü əlverişsiz vəziyyəti Ermənistanın daxili siyasətində kompensasiya etmək və erməni cəmiyyətinin diqqətini öz uğursuzluğundan yayındırmaq üçün daxili gərginliyi Azərbaycanla sərhədlərə keçirdi. Paşinyan Moskvada düşdüyü gülünc vəziyyətdən çıxış yolunu diversiya təxribatı törətməklə basdırmaq istədi. Ona görə də hesab edirəm ki, Zəngilanda erməni diversiyası Moskvada Ermənistana vurulan diplomatik zərbənin nəticəsidir"


Bunu Versus.az-a siyasi ekspert Aydın Quliyev Moskvada liderlərin üçtərəfli görüşü və onun nəticələrindən sonra Ermənistanın Azərbaycan sərhəddində təxribatlar törətməsi ilə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev qeyd edib ki, Zəngilanda törədilən son təxribat Ermənistanın Azərbaycanın mənafeləri baxımından sonuncu neqativ hərəkət deyil. Onun fikrincə, Xankəndi və onun ətrafında Ermənistanın qızışdırıcı, pozucu addımlar ata biləcəyi istisna edilmir və belə təxribatlar təsadüfi deyil:

 

"Əvvəla ona görə ki, Moskvada Avrasiya İqtisadi Forumunda Azərbaycan prezidentinin geniş çıxışı, ölkəmizin çox geniş və perspektivli imkanlarını hazırki gücünü və potensialını iştirakçı ölkələrə təqdim etməklə, istər AİB, eləcə də həmin təşkilata üzv olan ölkələrlə münasibətlərinin gələcəyinə çox böyük perspektivlər vəd elədi. Açıq görünür ki, Birliyin üzvləri bu təşkilat üçün Azərbaycanın və Ermənistanın nə demək olduğunun müqayisəsini aparırlar. Orada Azərbaycan Prezidentinin ərazi bütövlüyü prinsipinin hər iki ölkə tərəfindən qəti şəkildə qəbul edildiyini və bu məsələyə Rusiyanın da dəstək verdiyini bəyan etməsi, təbii ki, Ermənistan rəhbərliyi üçün arzuolunan durum deyildi. Ona görə də Ermənistanın baş naziri həmin görüşdə və üçtərəfli danışıqlardan sonra Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı İlham Əliyevin dediklərinə bir növ replika atmağa çalışdı. Məqsəd İlham ƏIiyevin dediklərinin publikada yaratdığı müsbət təsirləri kiçiltmək cəhdi idi. Bundan başqa Paşinyan yaxşı başa düşürdü ki, onun Laçın yolu Zəngəzur dəhlizi ilə bağlı replikalarının Azərbaycan prezidentinin tutarlı, arqumentli cavabları Ermənistandakı mövqelərinə ciddi zərbə vuracaq. Hər halda erməni cəmiyyəti və müxalifəti Moskvadakı proseslərdə Azərbaycan prezidenti və Paşinyanın davranışlarını müqayisə etmək üçün ciddi materiallara malikdir. İndi də Ermənistanda Paşinyanın üzərinə çox ciddi hücumlar var. Artıq erməni ictimaiyyətində onun dövlət başçısı kimi yarıtmaz fəaliyyətini, zəif siyasətçi olduğunu açıq şəkildə deməyə başlayıblar".

 

A.Quliyev hesab edir ki, Moskva görüşü həm Azərbaycanın imkanlarının təqdimatı, həm də Azərbaycan-Ermənistan münasibətləri müstəvisində Azərbaycanın üstün bir ölkə kimi görsənməsi baxımından paşinyankimilərini qıcıqlandlrmaya bilməzdi. O, hesab edir ki, məhz ona görə də Paşinyan Moskvada düşdüyü əlverişsiz vəziyyəti Ermənistanın daxili siyasətində Azərbaycana qarşı diversiya törətməklə sığortalamaq istədi.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA