“Qarabağ” basketbol komandası yaradır

18:12 31-05-2023 | icon 201 | İdman
“Qarabağ” basketbol komandası yaradır

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.

 

Versus.Az xəbər verir ki, çempionatın gərgin alınması və azarkeşlərin marağı sahəyə diqqəti artırıb.

 

Bəzi futbol klubları son çempion “Sabah” kimi basketbol komandası yaratmağı düşünürlər. Onlardan biri də “Qarabağ”dır. Futbolda ölkəmizi avrokuboklarda uğurla təmsil edən Ağdam klubu basketbolda da iddialı olmaq niyyətindədir. Artıq qərar verilib: “Qarabağ”ın basketbol komandası yaradılacaq və növbəti mövsüm yarışacaq.

 

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında ötən mövsüm 8 kollektiv yarışıb və onlardan yalnız “Sabah”ın futbol komandası var. Növbəti mövsüm iştirakçı sayının 10 və ya 12 olacağı gözlənilir. “Qarabağ”dan başqa maraq göstərən futbol klubları da var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

Azərbaycanlı futbolçu xaricə köçdü

“Uşaq Avroviziya”nın QALİBİ

Axtarışda olan 92 nəfər SAXLANILDI

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Meyvələr qaraciyərin sağlamlığına mənfi təsir göstərir