Laçına növbəti KÖÇ HAZIRLIĞI

11:45 02-06-2023 | icon 358 | Siyasət
Laçına növbəti KÖÇ HAZIRLIĞI

Rövşən Rzayev: "Tapşırıq verilən kimi dərhal icra ediləcək"

 

“Sus və Zabuxa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir”.

 

Versus.Az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Dünya Bankı ilə dövlət komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq:

 

“Dövlət Komitəsi bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”.

 

R.Rzayev söyləyib ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir:

 

“Cənab Prezident tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək”.

 

Prezident İlham Əliyevin sentyabr ayında Sus və Zabuxa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə edib ki, bu gün həmin tapşırıqlar icra olunur:

 

“Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

44 günlük müharibədə olduğu kimi...

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ

Ermənistanın Qarabağdakı hərbi kolonlarına dağıdıcı ATƏŞ ZƏRBƏLƏRİ

Bu bağçalar LƏĞV EDİLDİ

Yeddi mindən çox erməni TƏXLİYƏ EDİLİB

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU