Ağsuda “KamAZ” aşdı


Ağsuda “KamAZ”ın aşması nəticəsində ölən şəxsin kimliyi açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti

Zəngəzur dəhlizi yenidən GÜNDƏMDƏ
Azərbaycana heç kəs əngəl ola bilməz!