6-cı siniflərdə fizika və biologiyanın tədrisdən çıxarılması - AÇIQLAMA

15:08 06-06-2023 | icon 350 | Təhsil
6-cı siniflərdə fizika və biologiyanın tədrisdən çıxarılması - AÇIQLAMA

Ötən gün Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev növbəti tədris ilindən 6-cı siniflərdə “Təbiət” fənninin tədris ediləcəyi, əvəzində isə biologiya və fizika tədris olunmayacağı barədə açıqlama verib. 

 

Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirib ki, E.Əliyevin fənlərin saylarına baxılmasına ehtiyac olması və bu istiqamətdə nazirlikdə müzakirələrə başlanılması ilə bağlı səsləndirdiyi fikirlər yeni məsələ deyil:

 

“Fənlərin azaldılması, təhsil proqramları, tədris fənləri ilə bağlı məsələlər zaman-zaman gündəmə gətirilib, müzakirə və mübahisə predmetinə çevrilib. Bu ilin aprel ayının ortalarında elm və təhsil naziri Emin Əmrullayev bu məsələyə toxunaraq, “Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi”, - deyə qeyd etmişdi. 

 

 

Nəzərə alsaq ki, nazir kurikulumun inteqrativ xarakterindən çıxış edərək, belə fənlərin yaradılacağını nəzərdə tutub. Belə olacağı təqdirdə heç şübhəsiz ki, fənnin adı da dəyişikliyə məruz qalır. Bir vaxtlar, hələ sovet dövründə elmi kommunizm, fəlsəfə və iqtisad kursları əsasında şagirdləri vətənə məhəbbət, zalımlara və istismarçı siniflərə nifrət, xalqlar dostluğu ruhunda tərbiyələndirmək məqsədilə orta ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün “İctimaiyyat” fənni yaratmışdıq. “İbtidai hərbi hazırlıq” kursunun adını dəyişərək, “Çağırışaqədərki hazırlıq” fənninə çevirmişdik. Yəni belə hallar olub”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsasən, fənlərin sayını azaltdıq. Belə ki, “İnsan və cəmiyyət”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “İqtisadiyyatın əsasları” “Ailə həyatının etika və psixologiyası” kimi dərs vəsaitləri dövriyyədən çıxarıldı, “Təbiətşünaslıq” “Həyat bilgisi”nə, “Rəsmxət” və “Əmək hazırlığı” “Texnologiya”ya, “Astronomiya” “Fizika”ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirilmişdi. 

 

 

Ekspert bildirib ki, son zamanlar da mətbuatda orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlər yayılır:

 

“V sinif təbiət fənni üzrə dərslik konsepsiyası və bu əsasda yeni dərslik komplekti hazırlanacağı barədə açıqlamalar verilir, fizika, kimya, biologiya və coğrafiya fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyəti, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsi və digər yeniliklər təqdir edilir.

 

İnteqrativ adlandırılan birləşdirilmiş fənlərə dair dərsliklərin tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəli olduğu əsaslandırılır. İnteqrativ fənləri hansı ixtisas müəllimləri deyəcək, bu məqsədlə əlavə hazırlığa nə kimi ehtiyac yaranacaq, müəllimlərin dərs yükünə nə kimi təsir göstərəcəyi kimi sualların cavabı zamana bağlıdır”.

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib:

 

“Ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib.

 

 

 

2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə təbiət fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır”.

 

Qeyd edilib ki, V-VI siniflərdə təbiət fənni tədris edilmiş şagirdlər IX və XI siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırlacaq. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI