Azərbaycan millisi iki oyun keçirəcək


Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı Yanis Skredelis stadionunda Latviya yığması ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xəbər lenti

Qripə qarşı peyvəndin TƏSİR MÜDDƏTİ
Burun axması və boğaz ağrısı kimi simptomlar