“Spokoynoy noçi, malışi”nin yaradıcısı vəfat edib


“Spokoynoy noçi, malışi!”(“Gecəniz xeyrə qalsın, uşaqlar!”) adlı uşaq proqramının yaradıcılarından biri Vladimir Meyerzon 98 yaşında vəfat edib.
Qeyd olunur ki, ssenaristin səhhəti ölümündən bir neçə gün əvvəl qəfil pisləyib.
“Vladimir Meyerzon 98 yaşında, Moskva şəhərində yerləşən evində təbii ölüm nəticəsində vəfat edib”, - deyə məlumatda qeyd olunub.
Məlumat üçün əlavə edək ki, Vladimir Meyerzon II Dünya müharibəsi iştirakçısıdır. O, 16 yaşında könüllü şəkildə orduya yazılıb. Döyüşlərdə dörd dəfə yaralanmasına və kontuziya almasına baxmayaraq, müharibənin sonuna qədər ön cəbhədə xidmət edib.
Xəbər lenti

“Açıq mikrofon” Beyləqanda qurulacaq
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və...