“ABŞ-ın ekologiyaya zərbə vurmaq kimi məqsədi yoxdur”

19:54 08-06-2023 | icon 412 | Siyasət
“ABŞ-ın ekologiyaya zərbə vurmaq kimi məqsədi yoxdur”

Rəşad Bayramov: “Ekoaktivistlər Naxçıvan və Türkiyədə aksiyalar keçirməli, bəyanatlar göndərilməlidir”

 

“Ermənistanın Naxçıvan və Türkiyə ilə sərhədə yaxın ərazidə Mettallurgiya zavodunu tikməsi ciddi ekoloji problemlərə yol aça bilər. Naxçıvan əhalisi, Sədərək sakinləri öz etirazlarında haqlıdırlar. Çünki söhbət 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodundan gedir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodunun tikintisi layihəsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.

 

R.Bayramov qeyd edib ki, belə bir istehsal gücündə zavodun tikintisi ətraf mühit üçün kifayət qədər təhlükəli haldır. Çünki zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq:

 

“Nəzərə alaq ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Və bu da onu deməyə əsas verir ki, zavoddan çıxan tullantılar sözsüz ki, Araz çayına axıdılacaq. Çünki ermənilər artıq uzun illərdir ki, Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı sözün əsl mənasında Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalardan məlum olduğu kimi, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir”.

 

Politoloq qeyd edib ki, “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin di”gər ölkələrin ərazisinə mənfi ekoloji təsirini nəzərə alaraq, bu istiqamətdə hər hansı fəaliyyətini həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Yəni bununla bağlı birgə qiymətləndirilmə həyata keçirilməli və müvafiq sənəd hazırlanmalıdır:

 

“Nəzərə alsaq ki, həm Azərbaycan, həm də Ermənistan həmin Konvensiyanın tərəfləridir. O zaman Ermənistan tərəfi müvafiq qiymətləndirmədə Azərbaycan tərəfinin iştirakını təmin etməyə borcludur. Qeyd edim ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır”.

 

R.Bayravov hesab edir ki, rəsmi qurumlarımız bununla bağlı gecikmədən müvafiq addımlar atmalıdır:

 

“Rəsmi qurumlarımız Espo Konsepsiyası çərçivəsində müvafiq iddia ilə çıxış etməli, Ermənistanın törətdiyi ekoloji cinayətlərlə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin əleyhinə fəaliyyətinin qarşısını almaq istiqamətində fəaliyyətə keçməlidir. Eyni şəkildə Amerika Birləşmiş Ştatları hökumətinə də müraciət olunmalıdır ki, onların sərmayəsi ilə iri metallurgiya zavodu tikməyə hazırlaşan şirkəti məsuliyyətli davranışa dəvət etsin və onun qanunsuzluqlarına göz yummasın”.

 

Politoloq bildirib ki, ABŞ-ın belə bir zavodun Azərbaycanla sərhəddə tikilərək ekologiyaya zərbə vurmaq kimi məqsədi yoxdur. Sadəcə olaraq ABŞ zavod tikilməsi üçün Ermənistana müvafiq pul ayrıb, Ermənistan isə tikinti aparmaq üçün həmin ərazini seçib.

 

R.Bayramov məsələyə mövcud real kontekstdə yanaşmaqla, ekoaktivistlərin Naxçıvan istiqamətində etiraz aksiyasına başlamasını məqbul sayıb. Onun fikrincə, etiraz aksiyaları təkcə Naxçıvanın Ermənistanla sərhəddində deyil, regiona yaxın olan  Türkiyədə də keçirlməlidir. Ona görə də ekoaktivistlər Türkiyədə və Naxçıvanda etiraz aksiyaları keçirtməli, müvafiq dairələrə, ABŞ-a etiraz bəyanatları göndərilməlidir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin