Sumqayıtda zavodda güclü YANĞIN
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.
Versus.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb:
“Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"