Suya həsrət kənd

08:29 22-06-2023 | icon 302 | Sosial
Suya həsrət kənd

10 minə yaxın əhalisi olan kənd suya həsrət qalıb. Xezerxeber.az xəbər verir ki, söhbət İmişlinin ən böyük kəndi hesab olunan Sarıxanlı kəndindən gedir.

 

Kəndi suvarma suyu ilə təmin edən Boztəpə kanalının beton üzlüklə üzlənməsi işlərinə başlanıldığından kənd ərazisinə alternativ yollardan su verildiyi bildirilir.

 

Lakin sakinlər qeyd ediblər ki, onlar 8 aya yaxındır ki, su problemindən əziyyət çəkirlər. Onlar həyətlərini və əkin sahələrini suvara bilmədiklərini vurğulayıblar. 

 

Sakinlərin üzləşdiyi problemlə bağlı İmişli Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Boztəpə kanalında aparılan işlərlə bağlı Sarıxanlı kəndinin su ilə təmin olunmasında müəyyən qədər problemlər olsa da, onlar alternativ vasitələrlə kəndi su ilə təmin edirlər.

 

 

O da qeyd edilib ki, hazırda Boztəpə kanalında işlər davam edir və kanal üzərində körpülərin inşası aparılır. Kanalın Sarıxanlı kəndinə qədər olan hissəsində işlər yekunlaşıb və həmin məsafəyə qədər su ilə təmin olunub:

 

“Sarıxanlı kəndi ərazisində də işlər yekunlaşdıqdan sonra ərazi su ilə təmin olunacaq”.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

Millimizin heyətində daha bir dəyişiklik baş verib

COP29 dialoqlarına həsr olunmuş FİLM

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Ölkəmizdə dayə xidməti necədir?

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT