“Sülhməramlılar belə mövqe sərgilədikcə, ermənilər gərginlyi artırmaqda davam edəcək”

13:15 23-06-2023 | icon 476 | Müharibə
“Sülhməramlılar belə mövqe sərgilədikcə, ermənilər gərginlyi artırmaqda davam edəcək”

Şair Ramaldanov: “Ona görə də haqlı olaraq sülhməramlılarla bağlı müsbət fikir söyləyə bilmirik”

 

“Hərbi təxribatlar ermənilərin yaratdığı süni gərginliyin fonunda baş verir. Belə bir fonun yaradılmasında məqsəd  erməni hərbi-siyasi rəhbərliyin sülh müqaviləsindən qaçması, danışıqlar prosesini uzatmaq, Qarabağ iqtisadi zonasında gedən prosesləri ləngitməkdir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Ermənistanın növbəti hərbi təxribatları ilə bağlı açıqlamasında bildirib.

 

Ermənilərin sərhəddə və daxildə atəşkəsi pozması, təxribatlar törətməsinin əsasən danışıqlar ərəfəsində baş verdiyini deyən ekspert, bunu təsadüfi hesab etmir. Onun fikrincə, atəşkəsin pozulması, gərginlik fonunda aparılan danışıqlar, ermənilərə, vasitəçilərə əldə olunan nəticədən asanlıqla yayınmaq fürsəti qazandırır.

 

Ekspert sərhəddə hərbi gərginliyin yaranması ilə bağlı Ermənistanda yerləşən Avropa missiyasının da hesabatlar verdiyini qeyd edib. O, həmin hesabatlarda heç şübhəsiz ki, Azərbaycana qarşı yalan iddiaların olmasını istisna etməyib:

 

“Ermənilərin hərbi təxribatları son zamanlar Naxçıvandan tutmuş, Azərbaycanın şərti sərhədləri də daxil olmaqla Qarabağda sülhməramlıların missiyasına aid olan ərazilərdə də pozulur. Atəşkəsin pozulma coğrafiyası demək olar ki, bütün istiqamətləri əhatə edir. Görünən budur ki, ermənilər bundan sonra da gərginliyi saxlamaq üçün təxribatlar törədəcək. Ermənilər 30 il əvvəl və Azərbaycan qələbə çalandan sonra da bu niyyətlərindn əl çəkmir”.

 

Ş.Ramaldanov qeyd edib ki, Ermənistan kimlərinsə əlində oyuncaqdır və kiminsə diqtəsi ilə hərəkət edir:

 

“Daxildə prosesləri, ordusunu nəzarətdə saxlaya bilməyən, sülh müqaviləsi sənədinin ortaya çıxmasına maneə olan erməni hərbi siyasi rəhbərliyi kənardan olan təsirlərə həssasdır, regionda gərginliyi yaratmaq istəyən qüvvələrin yanında olaraq  sifarişləri icra edir”.

 

Hərbi ekspert eyni zamanda hesab edir ki, əgər erməni silahlı qüvvələri bu gün Qarabağ iqtisadi zonasında postlar qurub oradan Azərbaycan ordusuna güllə atırsa, bunun məsuliyyəti daha çox Rusiya sülhməramlılarının üzərindədir:

 

“Azərbaycan cəmiyyəti haqlı olaraq rus sülhməramlılarının fəaliyyətini mənfi qiymətləndirir. Sülhməramlıların fəaliyyəti regionda sülhü, təhlükəsizliyi, reinteqrasiya və digər məsələləri həll etməkdirsə, bunları yerinə yetirmir. Bu gün Qarabağ iqtisadi zonasında atəş açılırsa, bunun məsuliyyəti tək orada yerləşən qanunsuz erməni dəstələrində deyil. Qarabağda tək legitim silahlı qüvvələr rus sülhməramlılarıdır. 3 ilə yaxındır orada separatçılara tabe olan qanunsuz erməni bölmələri fəaliyyət göstərir. Həmin qanunsuz bölmələr öz postlarını məhz rus sülhməramlılarının postlarının yanında qururlar.  Rus sülhməramlıları bunun qarşısını almır, əksnə postların ratasiyasını, ermənilərin silahlanmasını, təminatını həyata keçirir. Rus sülhməramlıları atəşkəsi pozan ermənilərə qarşı hansı tədbirləri görüblər, atəş açan hansı ermənini həbs edib barəsində cinayət işi qaldırıblar?  Əgər Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirə bilmirsə, çıxıb getsinlər. Azərbaycan ordusu qısa  zamanda Qarabağda bütün prosesləri tənzimləyəcək. Bu tənzimləməyə maneə olan məhz Rusiyanın sülhməramlı qüvvələridir. Ona görə də biz haqlı olaraq  Rusiyanın sülhməramlı qüvvələri ilə bağlı müsbət fikir söyləyə bilmirik. Çünki separatçıların təhlükəsizliyini məhz sülhməramlılar təmin edir və onların atəşkəsi pozmasına şəraiti də məhz o qüvvələr yaradır. Sülhməramlı missiya belə bir mövqe sərgilədikcə ermənilər gərginlyi artırmaqda davam edəcəklər”.

 

Ş.Ramaldanov hesab edir ki, Qarabağda və sərhəddə baş verən təxribatların mahiyyəti tam bəlli olduğu üçün Azərbaycan tərəfi sona qədər ermənilərin nazı ilə oynamağı düşünmür.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122