"Antitterror əməliyyatlarıaktual olaraq qalır"
Bəllidir ki, Ermənistan və Azərbaycan ərazilərində qalan erməni separatçı rejimi Azərbaycan ordusuna qarşı sərhəddən və daxildən hərbi təxribatlarını davam etdirir. Erməni hərbi təxribatlarının qarşısı hər dəfə uğurlu əməliyyatlarla alınmaqla yeni faktları üzə çıxardır. Ermənistan Ordusu hələ də Qarabağdadır və gərginliyi saxlamaqda davam edir.
Hərbi ekspert Elxan Şıxəliyev Versus.az -a bildirib ki, Azərbaycan, Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin Ermənistana məxsus olduğunu hər zaman bəyan edib.
O, qeyd edib ki, sonuncu əməlityyatda Ermənistanın Azərbaycana yalvarması, xüsusən Qırmızı Xaç
Cəmiyyətinin köməyi ilə erməni hərbçilərinin meyitlərinin aparılıb Ermənistanda dəfn olunması onu göstərir ki, Qarabağda qalan erməni birləşmələrinin hamsı Ermənistana aiddir.
“Ermənistanın baş naziri etiraf etdi ki, 2020-ci ilin 10 noyabrında kapitulyasiyaya imza atmasaydılar, 20 minə yaxın qoşun mühasirəyə düşüb məhv ediləcəydi. Məhv edilməsin deyə, üçtərəfli bəyata razılıq verib və bununla da ordusunu xilas edib. Bu da o deməkdir ki, erməni qeyri-qanuni birləşmələrinin qalıqları Qarabağdadır”.
Ekspert qeyd edib ki, antitterror əməliyyatları 4 günlük müharibə və üçtərəfli bəyanatdan sonra aktual olaraq qalır.
E.Şıxəliyev bildirib ki, ermənilər zaman -zaman siyasi dialoqlarda vaxtı uzadırlar. Lakin mövcud durum antiterror əməliyyatlarının keçirilməsini zəruri edir. Onun fikrincə, son vaxtlar sərhəddə əsgərimizin yaralanması ilə nəticələnən hadisə, siyasi iradəmizin limitini bitirmiş oldu.
“Prezident Komando briqadalarının yaradılması ilə bağlı çıxışında növbəti antitterror əməliyyatlarına təhrik edildiyimizi vurğuladı. Artıq təxribatlarn cavabı çox gecikməyəcək. Antiterror əməliyyatlarının keçirilməsi nöqtə zərbələri ilə idarəetmə məntəqələrinin, hərbi hissələrin qərargahlarının, zirehli texnikaların, şəxsi heyyətin sıradan çıxarılması ilə nəticələnə bilər. Bunun mülki əhali ilə heç bir əlaqəsi olmayacaq. Azərbaycanda ağıllı silahlar, xüsusən də pilotsuz uçuş aparatlarnın döyüşdə tətbiqini 44 günlük müharibədə gördük. Ermənilər bunu etnik, soyqırımla bağlamaq istəsələr də, beynəlxalq institutlar bunu əllərində bayraq etməyə çalışsalar da, heç bir əsası yoxdur. 44 günlük müharibədə mülki əhaliyə toxunmadan əli silahlı terrorçu, qeyri-qanuni silahlı birləşmələrlə müharibə təcrübəmiz var. Azərbaycanın erməni təxribatlarını sonladırmağının vaxtı çatıb”.
Politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan tərəfi onsuz da üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində ərazilərimizdəki erməni hərbi birləşmələrinin məhz Ermənistanın hərbi qulluqçularından ibarət olduğunu deyir.
Onun sözlərinə görə, indi məhv edilmiş ermənilərdən ikisinin Ermənistanın hərbi qulluqçuları olmasının faktlarla sübut olunması bizə bu məsələni növbəti dəfə vasitəçi ölkələrin və beynəlxalq təşkilatların qarşısında qaldırmaq imkanı verir.
“Erməni hərbi birləşmələri ərazilərimizdən könüllü olaraq çıxmayacaqları halda onların legitim hədəfə çevriləcəyi və məhv ediləcəyini hərkəs dərk etməlidir.
Heç kəsdə Azərbaycanın probemləri danışıqlar, müzakirələr, anlaşama ilə həll etməyə çalışdığı kimi, erməni hərbçilərinin ərazilərimizdən çıxarılmasında da bütün vasitələrdən istifadə edəcəyinə şübhə qalmamalıdır”.
Tahirə
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...