Erməni hərbi təxribatları Azərbaycanı nəyə məcbur edir?

15:14 04-07-2023 | icon 342 | Qarabağ
Erməni hərbi təxribatları Azərbaycanı nəyə məcbur edir?

 

 

44 günlük savaşdan sonra kapitulyasiya aktına imza atan, işğalçılıq siyasətindən əl çəkəcəyi ilə bağlı öhtəliklər götürən Ermənistan nəinki sülhə gəlir, əksinə Azərbaycan ərazilərində saxladdığı ordusunu silahlandıraraq onlara təlimlər keçirir, gərginliyi saxalayır. Azərbaycan tərəfi dəfələrlə rəsmi, qeyri rəmi müstəvidə Ermənistana, eləcə də Qarabağda yaşayan erməni əhalisinə bəyan edib ki, dövlət müstəqilliyini, sərhəd bütövlüyünü, suverenliyi  tanıyırsa, bütün azsaylı xalqlar kimi onların Azərbaycan Konstitusiyası ilə təsbit olunan hüquqları tanınacaq. Əgər yenə də sərsəm ərazi iddiaları, müharibə ritorikası ilə çıxış edəcəklərsə, bunun qarşısı alernativ cavablarla alınacaq və alınır.

 

 

"Zərərsizləşdirilən qanunsz silahlılar Ermənistan müdafiə nazirliyi tərəfindən maliyyələşir, silahlanır"

 

Hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə bitsə də, üçtərəfli bəyannamə imzalansa da, Ermənistan sazişdən irəli gələn öhtəlikləri yerinə yetirmir. Ekspert qeyd edib ki, Ermənistan silahlı quldur dəstələrini ərazilərimizdən çıxartmaqda maraqlı görünmür.

 

“Məqsəd Azərbaycan daxilində separatçıları gücləndirmək, vəziyyəti gərgin saxlamaq, reinteqrasiya prosesinə maneə yaratmaqdır.  “Qisas” və digər əməliyyatlar nəticəsində zərərsizləşdirilən qanunsz silahlılar Ermənistan müdafiə nazirliyi tərəfindən maliyyələşir, silahlanır.  Ermənistanın Qarabağda silahlı qüvvələrinin olması və saylarının 10 minə çatması ilə bağlı yetərli sübutlar var. Terrorçular varsa Azərbaycan üçün təhlükə mənbəyi qalır. Ordumuz antiterror əməliyyatı ilə bağlı Ali Baş Komandanın əmrini gözləyir”.

 

Ekspert separatçıların, Ermənistanın maraqları hələ də Azərbayanın maraqları ilə üst-üstə düşmür.

 

“Yenə də erməni silahları Azərbaycan əsgərinə tuşlanıb. Sülh danışıqlarında resurslar qurtararsa, Azərbaycan ordusu “Qisas” tapşırığını yerinə yetirəcək”.

 

“Qarabağda qeyri-qanuni  birləşmələrin Ermənistan ordusuna aid olduğunu bütün dünya bilir”

 

Hərbi ekspert Emin Həsənli  bildirib ki,  Qarabağda qeyri-qanuni  birləşmələrin Ermənistan ordusuna aid olduğunu bütün dünya bilir. Onun sözlərinə görə, 44 günlük vətən müharibəsindən sonra 1700 erməni cəsədinin Qarabağdan toplanaraq  Ermənistana verilməsi, 100-lə erməni əsirin Rusiyanın vasitəçiliyi ilə qaytarılması, son təxribatın qarşısı alınan zaman 5 erməni həbçidən ikisinin meyitinin Ermənistana aparılması bunu sübut edir. 

 

O, Qarabağ müharibəsində Suriyadan, Livandan gətirilən müzdlulardan istifadə edildiyini qeyd edərək, Ermənistanın indi də həmin vasitələrdən yararlandığını istisana etməyib. Ekspert məhv edilən hərbçilərin üçünün xaricdən gətirilən muzdlular olduğu üçün haradasa basdırıldığı ehtimalını irəli sürüb. 

 

“Paşinyan özü oğlunun Qarabağda xidmət etdiyini deyib.  Sual olunur: sənin oğlunun, Ermənistan hərbi qüvvələrinin Qarabağda nə işi? Paşinyan etiraf edirdi ki, Ermənistan hakimiyyəti daxilində Rusiyaya bağlı olan 5-ci kolon var. Amma onların kimliyi qeyd olunmur və belə bəhanələrlə sülh danışıqları uzadılır, təxribatlar törədilir. Azərbaycan Ermənistanı üçtərəfli bəyanatı inzalamağa məcbur etsə də, Ermənistan buna razı olmadı. Növbəti qisas əməliyyatı Ermənistanın sülhəməcburetmə əməliyyatı olacaq. Bununla da Qarabağ tamamilə separatçııardan təmizlənəcək”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR