"müasir medianın ən böyük problemlərindən biri budur”

15:52 21-07-2023 | icon 1018 | KİV
"müasir medianın ən böyük problemlərindən biri budur”

 

 

“148 yaşlı Milli Mətbuatımız heç də sadə olmayan tarixi bir yol keçib, yaşayıb. Hər il qeyd etdiymiz “22 iyul Milli Mətbuat Günü” medianın inkişafı prosesinə, eləcə də onun peşəkarlığına təsir və maneə törədən məsələlərin müasir dövrün tələblərinə uyğun təhlillərin aparaıldığı bir hesabat günü mahiyyətini də daşıyır. Azad və demokratik media və onun inkişafı naminə hansı əsas amillərin yerinə yetirilməsi bu gün də müzakirələrin mövzusudur. Çünki media daim işlək orqan olduğundan onun uğurları da, problemləri də göz önündədir”.

 

Bunu VERSUS.AZ-A “Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Milli Mətbuat Günü ilə bağlı açıqlamasında bildirib.

 

Ş.Ağayev bildirib ki, müasir media seqmentlərinin ənənəvi medianı üstələməsinə və digər çətinliklərə rəğmən çap mediasının tarixi ənənələri saxlanılıb.  

 

“Müasir innovasiya, texnologiyaların, sosial şəbəkələrin geniş vüsət aldığı bir dövrdə ənənəvi medianın prinsiplərini qorumaq çox çətindir.  Çünki sosial setlərdə yazılan qeyri-müəyyən məlumatlar daha sürətlə xəbərə çevrilir. Ənənəvi medianın isə öz prinsipləri var: tam əmin olmadığı, dəqiqləşdirmədiyi məlumatları yaymır. Əslində media  belə olmalıdır. Amma müasir dünyanın informasiya tezliyində hamı xəbər dalna düşdüyündən, həmin məlumatın nə dərcədə düzgün olması heç kimi maraqlandrmır. Eyni zamanda xəbərin verilməsi zamanı onun ictimai-siyasi vəziyyətə, insan amilinə necə təsir göstərdiyi də heç kəsi narahat etmir. Elə müasir medianın ən böyük problemlərindən biri budur”.

 

Ş.Ağayev medianın iqtisadi məsələsinin böyük problemlərdən biri olaraq  qaldığını qeyd edib. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi vasitəsi ilə media strukturlarına maddi dəstək verlir ki, bu da ənənəvi medianın saxlanılmasına köməklik göstərir. Amma medianın iqtisadi durumu o qədər çox olmalıdır ki,  tam müstəqil olsun.

 

"Medianın iqtisadi durumunun yaxşı olmasının bazasında reklam bazarı durur. Təəssüflər olsun ki, Azərbaycan mediasının reklam bazarı yoxdur. Bu medianın inkişafına, iqtisadi durumuna öz təsirini göstərir. Bu məsələlər daim gündəmdə olmalıdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI