Bakının ara küçələrindəki parklanma yerləri də ödənişli olacaq?

06:28 25-07-2023 | icon 285 | Sosial
Bakının ara küçələrindəki parklanma yerləri də ödənişli olacaq?

Bakının Yasamal rayonu, Məhəmməd Hadi küçəsinin sağ və solu parklanma yerinə çevirilib.

 

Xezerxeber.az-ın məlumatına görə, bu səbəbdən onsuz da ensiz olan yol bir az da daralıb.

 

Nəticədə ərazidə həm piyadalar, həm də sürücülər üçün çətinlik yaranır.

 

Əyinlərində sarı jilet olan şəxslər isə avtomobil saxlayandan pul alırlar. Minimum 1 manat tələb edilir. Baxmayaraq ki, əraziyə “parklanma ödənişsizdir” xəbərdarlığı vurulub. Onlar çəkiliş olduğunu bilən kimi əyinlərindəki jiletləri çıxarırlar. Üstəlik, sualları normal cavablandırmadılar.

 

Xüsusilə həmin ərazidə yaşayanlar, həmçinin sürücülər bu məsələnin onlar üçün çətinlik yaratdığını bildirirlər.

 

Qeyd edək ki, bu yaxınlarda Bakıda parklanma qiymətləri təsdiqlənib. Qiymətlər zonalara görə dəyişir. Xüsusilə bu qiymətlərin ara küçələrdə olan parklanma yerlərinə şamil edilib-edilməyəcəyi əsas sualdır.

 

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərində ödənişin edilməsini Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyir.

 

Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir.

 

Bakıda küçə parklanma yerlərində sürücülərin müəyyən olunan qaydalara riayət etməsinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...