Park Cinema-da "Gizli Zərbə" və həyəcan dolu gecə

21:29 26-07-2023 | icon 648 | Film
Park Cinema-da "Gizli Zərbə" və həyəcan dolu gecə

25 iyul tarixində Park Cinema Alov Qüllələri kinoteatrında "Gizli Zərbə" filminin qapalı nümayişi keçirildi.


Versus.Az xəbər verir ki, filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncə dolu tədbirdə iştirak etdilər.

 

Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasında KİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət və incəsənət xadimləri yer aldılar.

 

Qeyd edək ki, "Gizli Zərbə" filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən oldu.

 

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmiş xüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behs edilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhramanlarımız ala bilər.

 

Tamaşaçılar 27 iyul tarixindən etibarən "Gizli Zərbə" filminə Park Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyə bilərlər.

 

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində “Super Gün”, “Tələbə” və “Ailə Tarifi” aksiyaları davam edir və "Gizli Zərbə" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...