İsti hava nə vaxta kimi davam edəcək?


“Ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə olacağı gözlənilir:
“Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası (NMR) və Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq”, - o, bildirib.
Xəbər lenti

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT
“Onların pasportlaşması diqqətdə saxlanılır”