Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

12:03 11-08-2023 | icon 275 | Təhsil
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il avqustun 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

 

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (metronun “8 Noyabr” stansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

 

İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

 

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə doqquz, AC qrupu üzrə 11, BA qrupu üzrə 80, BB qrupu üzrə 203 olmaqla, ümumilikdə 303 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün iki imtahan rəhbəri, 17 nəzarətçi‑müəllim, iki buraxılış rejimi əməkdaşı ayrılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq