Alimlərdən XƏBƏRDARLIQ

07:15 14-08-2023 | icon 345 | Sağlamlıq
Alimlərdən XƏBƏRDARLIQ

Alimlər bəzi ölkələrdə COVID 19-un “Omicron” ştammının başqa bir variantı “Eris”in meydana gəldiyini bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı bu virusun artıq dünyanın 51 ölkəsində aşkarlandığını qeyd edib. Səlahiyyətli şəxslər hazırda bununla bağlı dəqiq məlumat verməyin tez olduğunu bildirsələr də, bu insanları yeni bir pandemiyanın gözlədiyi həqiqətini dəyişmir.

 

Türkiyə KİV-i yazır ki, Yunanıstanda Afina-Pire xəstəxansının həkimləri assosiasiyasının prezidenti Matina Pagonis bildirib ki, “Eris” ştammı, COVID-19-un hələ bitmədiyini və mutasiyaların davam etdiyini göstərir. Hazırda onun simptomlar zəif görünür.

 

Ancaq buna baxmayaraq, xroniki xəstəlikləri olan insanlara və yaşlı insanlar xüsusi qayğı göstərməlidirlər. Sosial məsafə kimi tədbirlər həyata keçirilməlidir.Alimlər bu virusun sentyabrda kəskinləşməsindən narahatdır:

 

“Hazırda “Eris”in yavaş-yavaş yayıldığı görünə bilər. Bu, yay tətili və məktəblərin bağlanması ilə əlaqədardır. Ancaq sentyabrda ninsanlar ofislərə qayıtmağa başlayacaq, məktəblər açılacaq və hava şəraiti səbəbindən daha çox insan qapalı yerlərdə daha çox vaxt keçirəcək. Bu da öz növbəsində xəstəliyin artmasına səbəb ola bilər".

 

“Eris”in simptomları bunlardır:

 

- Baş ağrısı

- Halsızlıq

- Boğazda bəlğəm yığılması

- Burun axıntısı

- Boğaz ağrısı

- Bir-iki gün davam edən yüksək temperatur.

 

Qeyd edək ki, “Eris” ştammı xüsusilə Krit kimi turizm kurortlarında yayılıb. Tibb ekspertləri bundan qorunmaq üçün əlləri tez-tez yumağı, antiseptik vasitələrdən istifadəni, lazım olduğu hallarda maska taxmağı, simptomlar yüngül olarsa, evdə qalıb insanlarla ünsiyyət qurmamağı bildirirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...