Aygün bu dəfə şəhid övladları üçün konsert verdi
"Yaşat" Fondu, "ASAN radio" və "ASAN könüllülər" tərəfindən təşkil olunan gecə Şamaxıda baş tutub.
Versus.Az xəbər verir ki, tədbirdə bir çox maraqlı anlar yaşanıb.
Ölkənin əsas ulduzu gecə üçün repertuarını şəhid övladlarının istəyi ilə qurub. Balaca tamaşaçılar Pop divanın mahnılarını onunla birlikdə səsləndiriblər. Ad günü olan bir qız üçün Kazımova sürpriz də edib. O, balaca qızı səhnəyə dəvət edərək, onunla birlikdə tort kəsib.
Media nümayəndələrinə açıqlama verən müğənni "Yaşat" Fondu və "Asan Radio" tərəfindən neçə ildir müxtəlif düşərgələrdə təşkil olunan görüşlər möhtəşəmdir. Bu, mənim neçənci çıxışımdır. Bundan çox xoşbəxtəm. Necə xoşbəxt olmaya bilərəm? Mən onları, onlar da məni sevir" sözlərini söyləyib.
Aparıcılığını Emin Musəvinin etdiyi konsertdə müğənni Murad Arif də səhnəyə çıxıb. Pop diva və Murad "Çalxala" duetini səsləndiriblər.
Qeyd edək ki, Aygün Kazımova bundan əvvəl də bir neçə dəfə "Yaşat" Fondu və "Asan Radio" tərəfindən şəhid övladları üçün təşkil olunan düşərgədə çıxışlar edib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...