Qiymət artımının qarşısını necə almaq olar?

17:14 17-08-2023 | icon 357 | İqtisadiyyat
Qiymət artımının qarşısını necə almaq olar?

Vüqar Bayramov: “İnfilyasiyanın tənzimlənməsinin ən optimal yolu yerli istehsalın genişləndirilməsidir”

 

 Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılan BANK sisteminun düzgün işləməsi, nəticədə dövltin, əhalinin yaşayış səviyyəsinin tənzimlənməsində xüsusi rola malikdir. Elcə də, dövlətin pul və onun tərkib hissəsi olan məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsində xüsusi əhəmiyyəti olan Banklar pul siyasətini müxtəlif alətlərdən istifadə etməklə aparır. Bu alətlərin vasitəsi ilə Mərkəzi Bank dövriyyədə olan pulun həcmini tənzimləməklə qiymətlərin sabitliyinə, iqtisadiyyatın artımına, həmçinin ölkədə maliyyə sabitliyinin təmin olunmasına təsir imkanlarından istifadə edir. Bütün əməliyyatlar heç şübhəsiz ki, vətəndşın ümumi yaşayışının sistemli nizamlanmasına xidmt edir. Vətəndaş özü bankların təklif etdiyi bu alətlərdən necə yararlana bilir?

 

Versus.az xəbər verir ki, bu istiamətdə müsahbə verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov maraqlı nüanslara diqqət çəkib.

 

-Vüqar müəllim, Məkəzi Bankın xaricə səfər zamanı yerli bank kartlarına tətbiq etdiyi limitin 10 min dollara qədər qaldırılmasını necə dəyərləndirir və bunu nə ilə əlaqələndirirsiz: buna səbəb nə idi,  nə dərəcədə dogrudur?

 

- Mərkəzi Bankın 10 min dollarlıq limit müəyyənləşdirməsi ölkədən nəğd pulun çıxarılmasının minimallaşdırılmasına nail olmaqdan ibarətdir. Nəzərə alaq ki, limitlər aylıqdır və bu limitlər aylıq olaraq tətbiq olunacaq və eyni zamanda plastik kartlarla xaricdən ödənişlərin edilməsində hər hansı məhdudiyyət olmayacaq. Əslində bu bir tərəfdən plastik kartlar vasitəsi ilə xaricdən də ödənişlərin ödənilməsinə daha çox imkan verəcək, eyni zamanda bu, həm də nəğd pul axınının məhdudlaşdırılması  baxımından vacib hesab olunur. 

Xüsusən nəzərə alaq ki, xaricdə əmlak və digər istiqamətlərə vəsait yönəldən vətəndaşlarımız plastk kartlardan istifadə edirlər. Çünki əmlak alışı Türkiyə və Şərqi Avropa ölkələrinin və bir çox hallarda daha inkişaf etmiş ölkələrin payına düşür.  Bu ölkələrdə əmlaklar nağd pulla deyil, plasik kartlar və yaxud bank köçürmıləri vasitəsi ilə satılır. Ona görə də bu, xaricdə əmlak alışına xüsusi təsir göstərməyəcək. Azərbaycanlılar, eləcə də iş adamları  yenə də xaricdə öz plastik kartları və bank köçürülməsi vasitəsi ilə əmlaka investisiya qoyuluşunu həyata keçirdə biləcəklər.

 

- Sentyabrda yeni bahalaşma dalğasının olacagı söylənilir, Ümumiyyətlə bahalaşma ve inflyasiya ilə baglı gözləntiləriniz nədir?

 

-Bütövlükdə infilyasiyanın tənzimlənməsi prioritetdir. Təbii ki, mövsümi olaraq aylar üzrə infilyasiya dərəcəsi fərqlənir. Nəzərə alsaq ki, yay mövsümü avqust ayında başa çatır, bununla belə Mərkəzi Bankın gözləntisi bundan ibarətdir ki, biz ilin sonuna doğru infilyasiya meyllərinin əvvəlki ilə müqayisədə səngiməsini müşahidə edəcəyik. Təbii ki, Mərkəzi Bank birrəqəmli infilyasiya proqnozlaşdırır. Amma bizim gözləntimiz ondan ibarətdir ki, 2023-cü ildə birrəqəmli infilyasiyanın əldə edilməsi xeyli dərəcədə çətindir. Çünki 7 ayın yükunlarında infilyasiya səviyyəsi 12 faizdən çox olub. Ona görə də hətta iyun və iyul aylarında qiymətlərin, xüsusən də mövsümi faktorlarla bağlı olaraq optimallaşmasına baxmayaraq, bütövlükdə il ərzində birrəqəmli infilyasiyaya nail olmaq kifayət qədər çətin görsənir. Amma 2022-ci illə müqayisədə ümumi infilyasiya meyillərinin nisbətən səngiməsi müşahidə olunur.  Ümumiyyətlə, infilyasiyanın tənzimlənməsinin ən optimal yolu yerli istehsalın genişləndirilməsidir və yerli istehsalın artırılması idxaldan asılılğın minimumlaşdırılması və qiymətlərin satabil qalmasına gətirib çıxarda bilər.

 

 

 - Manatın üzən məzənnəyə keçidi baş verə bilərmi?

 

- Hələlik Mərkəzi Bankın üzən məzənnə rejiminə keçəcəyi gözlənilmir və ya rəsmi açıqlamalarda bu qeyd olunmur. Çünki nəzərə alsaq ki, hələlik Rusiya - Ukrayna müharibəsi davam edir, qlobal və regional bazarlar olatildir, ona  görə də bizim də gözləntimiz ondan ibarətdir ki, Mərkəzi Bank üzən məzənnə rejiminə keçməyəcək. Təbii ki, mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank strelizasiya və ya intervensiya alətlərini istifadə etməyə çalışır. Məsələn, Mərkəzi Bank 2022-ci ildə ərazilər vasitəsi ilə 2 milyard dollardan artıq vəsait sterilizasiya edib, yəni xarici  valyuta alıb. Nəzərə alsaq ki, dövlət neft fondunun büdcə qarşısında öhtəlikləri var və dövlət neft fondunun gəliri xarici valyutada dollarladır, həmin valyutanı manata çevridikdən, yəni satdıqdan sonra transverləri həyata keçirdə bilir. O baxımdan bir sıra hallarda hərraclarda iş adamları və yaxud banklar tərəfindən  dollar tələbi azalanda, o zaman Mərkəzi Bank dollar alışını həyata keçirdir. Bu da təbii ki, sterilizasiya tədbirlərini genişləndirir.  Mərkəzi Bank mövcud alətlərdən istifadəni növbəti dövrlərdə də davam etdirəcək. Ona görə də üzən məzənnə rejiminə keçid hələlik, yaxin zamanlarda gerçəkləşəcəyi gözlənilmir.

 

- İki əsas ticarət tərəfdaşımız olan Türk lirəsi və rus rublu sürətlə dəyərini itirir. Bunun idxal və ixracatda Azərbaycana hansı təsirləri ola bilər?

 

- Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərfdaşları arasında olsa da, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində ikincidir.  Rusiyanın ixracatda payı cəmi 3,5 faiz, ümumi ticarət dövriyəsindəki payı 8,3 faizdir. Yəni Rusiya ilə müqaysədə Türkiyə ilə ticarət dövriyyəmiz daha böyükdür.  Eyni zamanda qeyri-neft ixracatında da Türkiyənin payı artıq Rusiyanın neftdən kənar ixracatındakı ümumi payına yaxınlaşır. Ona görə də Türkiyə ilə xarici ticarət dövriyyəmizdə həm enerji, həm də qeyri-neft sektoru üzrə ticarət kifayət qədər böyükdür, stratejidir. Amma nəzərə alsaq ki, Türkiyə ilə ticart dövriyyəmiz enerji sahəsi üzrədir, xüsusən mavi qaz sahəsi üzrə əməkdaşlıq var və bu da genişləndirilir. bu baxımdan milli valyutanın məzənnəsinin  dövriyəyə təsirləri cüzidir. Qeyri-neft sektoruna idxal üzrə baxsaq, Türkiyə lirəsinin dəyər itirməsinə baxmayaraq Türk lirəsinn infilyasiya səviyyəsi də yüksəkdir. Nəzərə alsaq ki, ötən il Türkiyədə 98 faiz infilyasiya qeyd alınıb və rəsmi statistikaya görə bu ilin infilyasiya səviyyəsi 40 faizdən çox olub. İdxalın da uzlaşmasına infilyasiya səviyyəsinin yüksək olması imkan vermir. Ona görə hələlik həmin ölkələrdə milli valyutaların dəyər itirməsinə baxmayaraq sözügedən dövlətlərlə ticarət əlaqələrimizdə ciddi bir dəyişikliyin olacağı gözlənilmir. Amma əgər Rusiyada infilyasiya baş verməzsə, Rusiyadan idxalın həcmində artımlar və idxal edilən malların manat ifadəsində qiymətin aşağı düşməsi müşahidə oluna bilər.  Amma bu o halda baş verə bilər ki, Rusiyada rublın məzənnəsinin aşağı düşməsi həmin  ölkədə infilyasiyanı sürətləndirməsin.

 

- Rusiyadan pul köcürmələrində azalmanın şahidi ola bilərikmi?

 

- Ümumiyətlə, Rusiyadan göndərilən remitensinin-pul köçürmələrinin azalacağı gözlənilir. Çünki rubl dəyərsizləşib, xüsusən də nəzərə alaq ki,  pul köçürmələri və yaxud remitensin ümumi məbləği dollarla ifadə olunur. Ona görə də bu, bütövlükdə Rusiyadan Azərbaycana pul köçürülmələrinə təsir göstərəcək. Eyni zamanda tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatına təsir göstərib. Məsələyə bu kontekstdən də baxsaq, Rusiyada yaşayan azərbaycanlıların gəlirlərində müəyyən azalmaların olacağı istisna deyil. Bəzi iş adamları üzrə monitorinqlərimiz artıq bunun müşahidə olunduğunu göstərir. Bizim də tövsiyyələrimiz ondan ibarətdir ki, azərbaycanlı iş adamları ölkələr, sektorlar üzrə həm yığımlarda, həm də sərmayə qoyuluşlarında şaxələndirməyə üstünlük versinlər. Eyni zamanda valyuta üzrə şaxələndirməyə ehtiyac var ki, bu da Rusiyada yaşayan iş adamlarının gəlirlərində ciddi azalmanın qarşısını ala bilər. Amma gözlənti ondan ibarətdir ki, Rusiyadan Azərbaycana pul köçürülmələrində azalmalar müşahidə olunacaq.

 

- Niyə yerli istehsalımız tələbləri tam ödəmir: neçə illərdir ərzaq təhlükəsizliyi ilə bağlı  danışılır, amma hələ də istənilən səviyyəyə çatdırılmadığı deyilir. Bu nə ilə bağlıdır?

 

- İnkişaf etmiş ölkələrdə də bütün istehlak yerli istehsal üzrə ödənilmir.   Amma sözsüz ki, yerli istehsalın payının artırılması ərzaq təhlüksziliyi, ərzaq təminatı, infilyasiyanın tənzimlənməsi, hətta qiymətlərin  aşağı düşməsi baxımından çox vacibdir.  Eyni zamanda daha keyfiyyətli məhsulların, xüsusən də ərzaq məhsullarının bazara çıxarılması aspektindn də önəmlidir. Ona görə də bu istiqamətlərdə fəaliyyətlərin dərinləşməsi çox vacibdir. 

Etiraf etmək lazımdır ki. son illər, xüsusın də sahibkarlara ciddi maliyyə dəstəyi müşahidə olunur. Həm pandemiya və ondan sonrakı dönəmdə güzəştli kreditlərin həcmində  artımlar müşahidə olunur. Kreditlşmə mexanizmi də təkmilləşir, xüsusn də sahibkarların aldığı və yaxud da idxal etdiyi  texnologiya həm də girov kimi çıxış edə bilir.  Amma şübhəsiz ki, sahibkarların güzəştli kredirtlərə çıxış imkanı  olsa da, ümumi kreditə çıxış imkanları məhduddur. Belə ki, Mərkəzi Bankın rəsmi statistikasına görə banklar tərəfindən verilən kreditlərin içərisində ipoteka kreditlərinin ümumi məbləği real biznes  kreditlərinin məbləğinə yaxındır. Baxmayaraq ki, Mərkəzi Bank real kreditlərin artması istiqamətində işlərini sürətlndirib, digər bir məsələ, bölgələrdə yaşayan insanlarımızın kreditlərə çıxış imkanalarının məhdud olmasıdır. Ümumi kredit partfelində bölgələrin cəmi 20 faiz payı var. Ona görə də regional balans baxımından da bu məsələnin daha ciddi şəkildə həll edilməsi, bu istiqamətdə fəaliyyətlərin, elcə də təşviqedici alətlərdən daha çox istifadə edilməsinə ehtiyac var.  Amma sözsüz ki, yerli istehsalın genişləndirilməsi zaman tələb edən, mərhələli həllini gözləyən bir prosesdir. Bütün hallarda Azərbaycan istehsalnın əsas prioriteti yerli istehsalın payının artırılmasıdır.  bu istiqamətdə sahibkarların daha yaxından dəstəklənməsi növbəti dövrlərdə ümumi istehlakda yerli istehsalın payına təsir göstərə bilər. (Həftə İçi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM