BMT TŞ-də yalan ayaq tutsa da, yeriyə bilmədi

21:00 17-08-2023 | icon 297 | Siyasət
BMT TŞ-də yalan ayaq tutsa da, yeriyə bilmədi

Aydın Hüseynov: “Azərbaycan diplomatiyası növbəti və möhtəşəm qələbəsini qazandı”

 

"Ermənistan tam olaraq fiaskoya uğradı, havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etdirmək cəhdi baş tutmadı. Bununla da Azərbaycan diplomatiyası Prezidentimiz İlham Əliyev başda olmaqla növbəti və möhtəşəm qələbəsini qazandı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinəgörə, son bir həftədə erməni mediası, Ermənistanın bütün dövlət strukrurları, Qarabağdakı erməni separatçıları Azərbaycanı gözdən salmaq, ölkəmiz haqqında BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən əvvəl mənfi imic formalaşdırmaq, “humanitar fəlakət”, “uşaq ölümləri”, ermənilərin aclıq keçirməsi barədə yalan məlumatlar yaymaq üçün bütün imkanlarını səfərbər etsələr necə deyərlər, yalan ayaq tutsa da, yeriyə bilmədi.

 

Deputat qeyd edib ki, Ermənistan və onun arxasında duran beynəlxalq güclər acı məğlubiyyətlə üzləşiblər:

 

“BMT Təhlükəsizlik Şurasının iclasda dostlar və düşmənlər özünü açıq şəkildə göstərdi. Ermənistandan başqa Fransa da ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdi, həm Qarabağda, həm də Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyəti təhrif etdi. Digər bəzi ölkələr isə bu məsələdə ərazi bütövlüyü və suverenlik amilini əsas götürdülər, haqqımızı tanıdılar, erməni yalanlarına dur deməyin vaxtının artıq çoxdan yetişdiyini vurğuladılar. O cümlədən, Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadənin zəruriliyini qeyd etdilər. Müzakirələr bir daha onu göstərdi ki, dünya birliyi gerçəkliyi görür və bu konteksdən çıxış edir. Yalan, iftira, əsassız iddialar artıq keçmir. BMT TŞ-yə üzv olan 15 ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olması, habelə BMT-nin ərazi bütövlüyümüzü tanıması rəsmi Bakını rahatladan məqamlardan idi”

 

A.Hüseynov vurğulayıb ki, Azərbaycan BMT TŞ-nin iclasına hazırlıqlı getmişdi:

 

“Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışından da görmək olur. Onun arqumentləri, təqdim etdiyi foto-materiallar, sənədlər Bakının iclasa hazırlıq səviyyəsindən xəbər verirdi”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB