Bu istinin cırhacırında Gülaydan isti klip
Müğənni Gülay Zeynallı yayın qızmar günlərində istilərdən çəkinmədən kamera qarşısına keçərək sevənləri üçün yeni mahnısına klip çəkdirib.
Versus.Az xəbər verir ki, “Məktub” adlı mahnıya paytaxtın müxtəlif məkanlarında 48 saat çəkiliş gedib. Çəkilişlər qapalı və açıq hava altında gerçəkləşib.
Ekran işində ifaçı bir neçə fərqli obrazda kamera qarşısına keçib. Müğənninin obrazı, saç və makiyajı üzərində peşəkar komanda çalışıb.
Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Orxan Mürvətliyə aid olan mahnı bir neçə günə tamaşaçıların ixtiyarına veriləcək.
Klipin rejissoru Delee Orucludur.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb