Binəqədidə ƏMƏLİYYAT

16:51 23-08-2023 | icon 305 | Hadisə
Binəqədidə ƏMƏLİYYAT

İran vətəndaşlarının narkokuryerliyə cəlb etdikləri şəxslər saxlanıldılar

 

Bakının Binəqədi rayonunda İran vətəndaşlarının narkokuryerliyə cəlb etdikləri şəxslər saxlanılıblar, onlardan 26 kiloqram heroin və metamfetamin aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar.

 

Bu şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, iki kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov da saxlanılıb. Bu şəxsin üzərindən satış məqsədi ilə əldə etdiyi dörd kiloqramdan artıq heroin aşkar olunub. Rafiq Məmmədov narkotiki “TikTok” sosial şəbəkəsindən “Sərhəd” adı ilə tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiyini bildirib. Saxlanılan şəxslərin hər biri barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI