Həftənin ilk "Açıq mikrofon" aksiyaları...

 

13:51 30-08-2023 | icon 337 | Sosial
Həftənin ilk "Açıq mikrofon" aksiyaları...
 

 

Həftənin ilk "Açıq mikrofon" aksiyası Cəlilabad rayonunda baş tutdu.

 

Versus.az SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məlumatına əsasən bildirir ki, həftənin ilk "Səyyar qəbul otağı" Cəlilabad sakinlərinin ixtiyarında olub.

 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlarla görüşərək onların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Görüş zamanı ünvanlanan müraciətlər əsasən küçə qaz xəttinin çəkilişi, fərdi qazlaşma və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Aksiyaya üz tutan hər bir vətəndaş fərdi olaraq dinlənilib, səsləndirilən müraciətlərlə bağlı lazımi izahatlar verilib.

 

Masallı sahibkarlarının müraciətləri dinlənildi

"Açıq mikrofon" aksiyasının başqa bir adı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Səyyar qəbul otağı"dır. Həm sahibkarların, həm də sakinlərin burada qaz təchizatı ilə bağlı səsləndirdiyi bütün müraciətlər rəhbərliyə təqdim olunacaq. Ona görə də probleminizin həllinə yardımçı olmağımız üçün müraciətlərinizi açıq şəkildə səsləndirməyinizi sizdən xahiş edirik".

Bu sözləri Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Masallı rayonunda sahibkarlarla keçirilən görüş zamanı deyib.

 

Daha sonra mikrofon önünə keçən sahibkarlar müraciətlərini səsləndiriblər. Çörək istehsalı ilə məşğul olan sahibkarlıq subyekti Cavad Əhmədov faktiki fəaliyyət növü nəzərə alınaraq hal-hazırda ödəniş etdiyi kommersiya tarifindən istehsal tarifinə keçirilməsini xahiş edib. Kərpic zavodunun nümayəndəsi Rahim Sədullayev qış aylarında bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu, lakin müraciət etdikdən sonra bu problemlə üzləşmədiklərini bildirib. Sahibkarlarla yanaşı, sakinlər də "Açıq mikrofon"un imkanlarından yararlanıblar. Görüş zamanı səsləndirilən hər bir müraciət qeydə alınıb və sakinlərə lazımi izahatlar verilib.

 

Arzu

Versus

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...