"Tərksilah olmasalar Azərbaycan antiterror əməliyyat keçirəcək"
Şair Ramaldanov: “Azərbaycan öz daxilində təhlükə mənbəyini saxlaya bilməz”
Azərbaycanın sülh təkliflərini rədd edən erməni separatçı rejimin ərazidə təhlükəli hərəkətlililiyi müşahidə edilir. Qanunsuz hərbi birləşmələr, yerləşdiyi mövqelərin kənar ərazilərini yenidən minalayır, səngərlər qazır, mühəndis işləri aparır. Xuntanın bu davranışları regionda növbəti müharibə ehtimalını nə dərəcədə artırıb və Azərbaycanı hansı addımları atmağa məcbur edəcək?
Versus.Az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov açıqlamasında qeyd edib ki, Azərbaycanın 44 günlük savaşda qazandığı qələbədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ərazi bütövlüyünü bərpa edib, işğalçı qüvvələri darmadağın etsə də, Qarabağ İqtisadi rayonunda sülhməramlı qüvvərinin müvəqqəti yerləşdiyi ərazidə təhlükə mənbəyi hələ də qalır:
“Qanunsuz silahlı erməni birləşmələri terror fəaliyyətini davam edir, atəşkəsi pozur, yeni müdafiə mövqeləri qurur və minalı əraziləri genişləndirirlər. Təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələri o ərazilərdə sabitliyə cavabdeh olsa da, nə terrorçuları tərksilah edir, nə də onların müdafiə mövqelərində ərazinin minalanmasına, digər qeyri-qanuni işlərin aparılmasına maneə olmurlar. Azərbaycan işğaldan azad etdiyi əraziləri minalardan təmizləyib qurtarmamış, separatçılar yeni minalanmış ərazilər yaradıblar. Əvvəl terrorçuların sayı 5 min idisə sülhməramlı qüvvələrin ərazidə olduğu müddətdə, onların sayı 10 minə çatdırılıb. Son zamanlar Rusiya dövləti də üçtərəfli sazişə əsasən qanunsuz silahlılarn tərksilah olunması ilə bağlı öhtəliyi üzərindən atıb, ötürüb Ermənistana”.
Ekspert bildirib ki, Azərbaycan dövləti hazırda məsələ ilə bağlı ciddi işlər aparır və ermənilərə ciddi xəbərdarlıqlar edib. Onun sözlərinə görə, məsələ qoyulub ki, yaxın zamanlara erməni silahlılar tərksilah edilməsə, Azərbaycan dövləti beynəlxalq hüquqa arxalanaraq antiterror əməliyyatı keçirəcək.
Ekspert erməni separatçıarının arazidən çıxarılması ilə bağlı yol xəritəsini belə görür:
“Azərbaycan dövləti erməni hərbi silahlılara müəyyən zaman verə bilər. Qanunsuz silahlılar həmin zaman çərçivəsində tərksilah edilməsə antitteror əməliyyatı aparıb üçtərəfli sazişin 4-cü bəndi yerinə yetirməyə tam hüququ var. Bununla yanaşı erməni silahlıları ərazidən çıxarılandan sonra da rus sülhməramlıları öz fəaliyətini davam edə bilər”.
Ş.Ramaldanov terrorçuların tərksilah etmə prosesində mülki əhalinin və sülhməramlıların zərər görməməsi üçün hər iki tərəfə təlimatların verilməsini, xəbərdarlığın edilməsini də mümkün sayıb:
“Dinc əhaliyə, sülhməramlılara xəbərdarlıq ediləcək ki, antiterror əməliyyatları zamanı terorçuların müdafiə mövqelərindən aralıda olsunlar. Nəhayət, Azərbaycan bayrağı Xankəndidə dalğalanıb, dövlət qurumları ərazidə yerləşəndən sonra reinteqrasiya prosesinə başlanmalıdır. Bu zaman da rus hərbi kontingenti sülhməramlı missiyasını davam edə bilərl və orada müşahidəçi qismində Azərbaycan dövlət orqanları ilə birlikdə reinteqrasiya prosesində iştirak edib öz missiyasını apara bilər. Düşünürəm ki, prosesin belə bir ardıcıllıqla parılması mümün olsun”.
Ekspert bəyan edib ki, Azərbaycan öz daxilində təhlükə mənbəyini saxlaya bilməz:
“Azərbaycan separatçı yuvasını darmadağın edib, orada olan sakinlərini giovluqdan azad etməlidir. Azərbaycan vətəndaşları öz evlərinə qayıtmalıdırlar. Və bundan sonra orada reinteqrasiya prosesi uğurla nəticələnəcək. Bizim etnik təmizləmə niyyətimiz yoxdur. Kim burda yaşamaq istəyir Azərbaycan vətəndaşlığını qəbul etməldir, kim istəmirsə yol açıqdır, gedə bilərlər”.
TAHA
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...