Bir şəhər yer üzündən tamamilə silindi

13:58 18-09-2023 | icon 279 | Dünya
Bir şəhər yer üzündən tamamilə silindi

Liviya Derna şəhərinin qasırğaya görə demək olar ki, yoxa çıxdığını etiraf edib

 

“Daniel” qasırğası və Liviyanın şimalını vuran güclü yağışlar Aralıq dənizi sahilində yerləşən Derna şəhərini demək olar ki, məhv edib. İnsan itkisinin sayı on mini ötüb.

 

Qasırğanın özü ilə gətirdiyi külli miqdarda yağıntı quru çayların yataqlarını dolduraraq iki bəndin sıradan çıxmasına səbəb olub. Nəticədə 80 minə yaxın əhalisi olan bir şəhəri dəniz yuyub aparıb.

 

Əvvəlcə səlahiyyətlilər 3 min vətəndaşın öldüyünü açıqlayıblar, daha sonra isə bu rəqəm 11 minə çatıb. Derna merinin sözlərinə görə, daşqın zamanı ölənlərin sayının 20 min nəfərə çatması mümkündür.

 

İndi demək olar ki, tamamilə dağılmış şəhərdə işıq və su təchizatı mövcud deyil, xilasedicilər ölənlərin cəsədlərini toplayır, meriya isə epidemiya riski yaratdığından ölüləri suyun yaxınlığındakı kütləvi məzarlıqlarda basdırmamağa çağırır.

 

Peyk görüntüləri Derna şəhərinin yer səthinin xəritəsindən praktiki olaraq yoxa çıxdığını təsdiqləyir.

 

Liviya hakimiyyəti şəhərin infrastrukturunun onilliklər ərzində təmir olunmaması və bunun nəhəng dağıntılara səbəb olması faktına görə məsul olan şəxsləri müəyyən etməyə çalışır - fəlakətin şahidlərinin sözlərinə görə, su bütün yaşayış məntəqələrini yuyub aparıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI