“Xalqımız şəhidləri alqışlarla dəfn edirdi”

13:00 28-09-2023 | icon 293 | Cəmiyyət
“Xalqımız şəhidləri alqışlarla dəfn edirdi”

Sevinc Alızadə: “Antiterror əməliyyatı ordumuzun 27 sentyabrda qazandığı zəfərin tamamlanmasıdır”

 

Tarixə qızıl hərflərlə yazılan 44 Günlük Vətən Müharibəsindən 3 il keçir. 2020-ci ilin 27 sentyabrında Azərbaycan ərazilərində azğınlaşan işğalçı Ermənistan ordusuna qarşı əks- hücuma keçib düşmənin başını əzən Dəmir Yumruq, anım gününə bir həfrə qalmış 1 gün qalxdı və gücünü bir daha sınadı.

 

Çünki imperialist qüvvələrin havadarlığı ilə ərazilərimizin 20 faizindən çoxunu işğal edib, beynəlxalq hüquqa uymayan, müharibədən sonra dərhal imzalanan üçtərəfli sazişə məhəl qoymayan Ermənistan Qabağda qalan silahlılarından ibarət terror yuvası qurmaqla yenə də dövlət, sərhəd təhlükəsizliyimizi təhdid etdirdi. Beləliklə, sentyabrın 19-da aparılan 1 günlük antiterror əməliyyatı 27 sentyabr 44 günlük savaşının nöqtəsini qoydu. Azərbaycan yenə şəhidlər verdi və 44 günün vətən müharibəsinin anım gününə 1 günlük savaşla qatıldı…

 

44 günlük müharibənin qalıqlarını 1 günlük antiterror əməliyyatı ilə bitirən vətən savaşının Şəhidləri, qaziləri Azərbaycan cəmiyyətinə hansı reallığı anlatdı, nələri hiss etdirdi?

 

Versus.Az xəbər verir ki, “Zəfər yolu” Şəhid ailələrinə və qazilərə dəstək ictimai birliyinin sədri, şəhid ailəsi Sevinc Alızadə müsahibəsndə bir çox məqamlara diqqət çəkib.

 

- Sevinc xanım, Azərbaycanın 1 günlük antiterror əməliyyatında Şəhidləri olan ailələrlə görüşlərinizdə nələri müşahidə edirsiz? Xalqın Şəhid ağrısının içində nə var və bu məqam gələcəyimiz üçün nə dərəcədə önəmlidir?

 

- Bəli, Azərbaycan ordusu yenə öz sözünü deyir. Vətən torpağını azad etməklə bərabər Şəhidlər verir, Azərbaycan igid oğullarını qanla yoğrulmuş torpağına əmanət edir.

Artıq bir neçə gündür ki, dəfn mərasimlərində iştirak edirik. Şəhidlərin ailə üzvlərini gördükcə, onlarla ünsiyyət qurduqca başqa bir hisslər keçirirəm. Bilirsiz, ailə üçün öz doğmasını, əzizini itirmək bir faciədir, bir daha əzizini görə bilməmək, onu əvəz edəcək bir insanın olmayacağını düşünmək çox ağrılıdır. Bu acı insanı ruhən, mənən didir, əzab verir. Amma bu acı ilə bərabər, bir qürur hissi var. Çünki sənin həyat yoldaşın, sənin övladın, sənin qardaşın Vətənin uğrunda, onu sevərək, onun üçün can verməyə hazır olaraq bu döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun başladığı son antiterror əməliyyatı Azərbaycan Ordusunun 27 sentyabrda qazandığı zəfərin tamamlanması üçün atılmış addımlardır. Çünki Vətən Müharibəsindən 3 il vaxt keçməsinə baxmayaraq bizim Xankəndi, Xocalı, Xocavənd, Ağdərəmizdə yuva salan erməni separatçıları öz revanşist siyasətindən əl çəkmədi. Antiterror əməliyyatından bir gün qabaq bizim polislərimiz, yol mühəndislərimiz terrorçuların ərazilərimizə basdırdıqları minaların partlaması nəticəsində şəhid oldular. Bu, bizim səbr kasasına dolan son damla idi. Və Azərbaycan Ordusu antiteror əməliyyatlarına başladı. Bu, əməliyyat gələcəyimizin təhlükəsiz təminatı üçün baş verməli idi. Qəti qərarlar qəbul etməyin zamanı idi və cənab Prezident bunu etdi. Lakin ictimai təhlükəsizliyə xələl gətirməyən, Azərbaycan qanunvericiliyinə uyğun yaşamaq istəyən vətəndaşlar bu ölkənin ərazisində qala bilər. Azərbaycan bunu erməni separatçılarına, bütün dünyaya diqtə etdi.  Allah Şəhidlərimizin ruhunu şad eləsin.

 

- 2020-ci il 27 sentyabr tarixi - anım günü bir şəhid ailəsi olaraq sizin həyatınızda mühüm bir səhifənı açmışdı və necə hesab edirsiz, o tarixin başladığı proses bu gün hansı məhrələdədir?

 

- Artıq Vətən Müharibəsinin 3-cü il dönümüdür. O xalq, dövlət, ordu birliyinin gətirdiyi möhtəşəm zəfər tarixindən üç il keçir. Allah Şəhid qəhrəmanlarımızın ruhunu şad etsin. böyük bir qələbə qazandıq. Azərbaycan xalqı birləşərək ordusunun, dövlətinin arxasında duraraq 200 ildən sonra qalib xalq kimi öz sözünü dedi. Öz tarixində qızıl səhifəsini açdı. Bu, böyük, qürur hissini doğuran şanlı zəfər tariximizin başlanğıcı idi. 44 günlük savaşda Şuşa Zirvəsinin qazanılması hər bir azərbaycanlının köksünü qabardır. Çünki 2020-ci il 27 sentyabrda başlayan döyüş bütün yolları Şuşaya aparırdı. Qəhrəman oğullarımız Azərbaycanın işğal altında qalan ərazilərini azad etməklə böyük tarixi prosesi başlatdılar və 30 illik işğala son qoyuldu. Bu tarix torpaqlarımızın minalardan təmizlənməsi, yenidən dirçəldilməsi və məcburən köşkün düşmüş insanlarımızın yurda qayıdışının başlanğıcını qoydu.  Bu gün Azərbaycanın Füzuli, Laçın, Ağalı bölgəsində həyat var, insanlar öz yurdlarına qayıdır, ocaqlarını qalayırlar. İnşaallah son antiterror əməliyyatından sonra qayıdışımız, bərpa işlərimiz daha da aktivləşəcək. Hər bir kəs öz dədə -baba yurduna qayıdacaqdır.

 

- 27 sentyabr əks-hücum əməliyyatına qədər Azərbaycan ordusu, Azərbaycan insanı hansı hazırlıqlardan keçdi?

 

- Azərbaycan xalqı, Azərbaycan oğlu heç vaxt işğalla barışmamışdı. Xalq olaraq düşüncəmiz, yaşadığımız faciələr, zülmlər mənfur ermənilərin Azərbaycanda törətdiyi qətliamlar, soyqırımlar bizim hər birimizin qan yaddaşına hopdu. I Qarabağ döyüşlərində şəhid olan qəhrəman oğullarımızın itkisi, hələ də qisasının alınmaması hər bir azərbaycanlını mənən sıxırdı. “Axı, nəyə görə torpaqlar işğal olunmalı idi, nəyə görə bu qədər itkilər verdik” deyə, mənən özümüzü didib-parçalayırdıq. Lakin hamıda bir əzm var idi: biz döyüşməyi bacaran xalqıq, biz böyük milli mənəvi zənginliyə, milli kimliyə sahib bir xalqıq, bizim son sözümüz var. Düşünürəm ki, 2016-cı il aprel döyüşləri xalqın nəbzini yoxladı. Bütün dünyaya sübut olundu ki, 25 il keçsə də Azərbaycan xalqı Qarabağdan  vaz keçməyib. Azərbayan xalqı cəbhədən gələn hər bir Şəhidini alqışlarla, qəhrəman kimi dəfn edirdi.Və böyüyündən tutmuş, kiçiyinə kimi hər bir Azərbaycan insanı döyüşə hazır vəziyyətdə idi. Mən bunu ilk olaraq Raquf Orucovun dəfnində gördüm. Biz bunu yaşadıq. Və düşünürəm ki, 2020-ci il Vətən Müharibəsinə gedən zəfər yolu 2016-cı ildə başladı. Sonra Tovuz hadisələri, qəhrəman generalımız Polad Həşimov və onun ətrafında olan əsgərlərin, polkovnik İlqar Mirzəyevin və digər oğullarımızın şəhidliyi bu qələbəyə gedən yolu qaxınlaşdırırdı. General şəhid olmuşdu, bütün Azərbaycan meydanlara çıxdı. Torpaqlar işğalda idi, dövlət sərhəddi pozulmuşdu. Azərbaycanın Vətən Müharibəsi qaçlmaz idi. Bəli, torpaqların azadlığı uğrunda hərbi mübarizəyə gətirən simvollar, qəhərmanlar, onların örnək həyatı, onların mübarizəyə səsləyən çıxışları var idi və bunlar hamısı özünün təsirini göstərdi. Mübariz İbrahimov kimi ölümdən qorxmayan, ölümün gözünə dik baxan oğullar var idi. 27 sentyabrda igid oğullarımız o qəhrəmanların ardınca getdilər.

Beləliklə, 27 sentyabrda başlayan vətən müharibəsi həm I Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızın qisasını aldı, həm erməni zülmünün qurbanı olan bütün soydaşlarımızın qisası alındı, həm də torpağımızın qisası alındı. Xocalı, Meşəli, Ağdabanın faciəsi cəzasız qala bilməzdi. Bölgədə bu zülmə son qoyulmalı idi və 27 sentyabr müqəddəs Vətən Müharibəsi Qafqazda Azərbaycan torpağında erməni zülmünə “dur” dedi. Və sübut etdi ki, dünyada ədalət var. Əgər ədaləti kağız üzərində bərpa etmək mümkün deyilsə, o ədaləti bərpa edən qoruyan qəhrəman ordumuz var.

 

- Müharibədən sonra belə bir dönəmdə Şəhid ailələrinə, qazilərə münasibətdə hansı mühüm addımların atılmasına ehtiyac var?

 

- Bizim mübarizəmiz hələ də davam edir. Ölkəmizin ərazisində son terrorçu qalanadək bu mübarizə davam edəcək. Bəli, müharibə bitəndən sonra Azərbaycan xalqı tam təhükəsiz şəraitdə yaşyacaq. Amma bir faktı unutmaq olmaz. Adlarını qızıl tariximizə qanla yazmış qəhrəmanlarımızı, bütöv Azərbaycan uğrunda həyatlarını fəda etmiş igidlərimizi və onların xatirəsini unutmamalıyıq. Nə qədər ki, Azərbaycan yaşayır, biz onları yaşatmalıyıq. Onların xatirəsi daim ehtiramla, minnətdarlıqla yad edilməlidir. Çünki ən böyük təşəkkür canlarını fəda edən o qəhrəmanlara düşür.  Onlar biz yaşayaq deyək, vətənimiz var olsun deyə canlarından keçdilər, vətəni bizə əmanət etdilər. Vətən onlara minnətdardır, bizim hamımız onlara minnətdarıq, onlar bizim qəhrəman şəhidlərimizin qisasını aldılar, arzularını sona çatdırdılar. Ona görə də gənc nəslin maarifləndirilməsi, qazilərimizə olan münasibət və bu ailələrə göstərilən ehtiram diqqət əsnasında  aparılmalıdır. Qazilərimizlə tez-tez görüşlər keçirib onların döyüş yolu xartirələrini, döyüş dosları barədə xatirlərinin gənc nəslə çatdırılmasını təmin etməliyik. Bu yöndə işlər davam etdirilməlidir, dayanmadan, usanmadan... Erməni terroru hər birimizə toxuna bilər. Biz daim hazır olmalı, keçmişimizdən nəticə çıxartmalıyıq. Gənc nəslimiz vətənpərvər ruhda böyüməlidir, Şəhidlərin məzarları daim anılmalıdır. Hər bir bölgədə şəhid məzarları var. hər biri o zonada yaşayan gənclər tərəfindən göz bəbəyi kimi qorunmalıdır. Daimi ziyarətgahlara çevrilməlidir.  Anım günərini yad etməli, eyni zamanda onların bizə qalan əmanətlərinə sahib çıxmalıyıq. Elə etməliyik ki, şəhidlərin övladları bu ölkədə ən layiqli zirvələrdə olsunlar. Onları o qədər düzgün tərbiyə edib, yaxşı təhsil verməliyik ki, böyüyüb vətənimizin hər bir sferasında işləsinlər. Əminəm ki, Azərbaycan xalqı bunu bacaracaqdır.

 

- "2023-cü il - Heydər Əliyev ili"ndə Ermənistanın işğalçı siyasətinə, eləcə də müharibədən sonra Qarabağda qalan erməni separatçıları, qeyri-qanuni silahlı birləşmələrinin çıxarılması ilə bağlı görülən işləri necə dəyərləndirmək olar?

 

- 2023-cü il ulu öndər ilidir. Bu il ulu öndərin xatirəsinə həsr olunmuş bir çox festivallar, konfranslar həyata keçirdilir. Azərbaycan ordusunun nailiyyətləri, torpaqların işğaldan azad edilməsi, Xocalı, Xankəndi, Ağdərəyə Azərbaycan bayrağının taxılması ulu öndərin 100 illiyinə ən böyük töhfə olacaq. Bu gün ulu öndrin ruhu şaddır. Bu gün Azərbaycan əsgəri müqəddəs missiyanı başa çatdırdı.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək