Arvadını öldürüb intihara cəhd etdi


Yevlaxda baş verən qətlin TƏFƏRRÜATI
Yevlaxda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində baş verib.
Kənd sakinlərinin iddiasına görə, arvadını öldürüb intihara cəhd edən şəxsin son vaxtlar psixoloji problemləri yaranıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Tanrıqulular kənd sakini 60 yaşlı Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 63 yaşlı Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
İntihara cəhd edən kişi xəstəxanaya yerləşdirilib.
Fakta görə cinayət işi başlanıb.
Ətraflı süjetdə:
Xəbər lenti

Binanın fasadına reklam yapışdırmaq qadağan edildi
Fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna və...