Polisə atəş açan şəxslər SAXLANILDI

19:35 04-10-2023 | icon 558 | Hadisə
Polisə atəş açan şəxslər SAXLANILDI

Şəkil Apellyasiya Məhkəməsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən Novruz Umarlı və Ayaz Balakişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxslərin vəkili Samir Şərifov məlumat verib.


Onun sözlərinə görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki şəxsə bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

 

Qeyd edək ki, N.Umarlı və bibisi oğlu A.Balakişiyev kəndin meşəlik ərazisində narkotik tərkibli bitkilər əkib-becərməkdə təqsirləndiriliblər. İttihama görə, onlar 1 avqust 2020-ci il tarixində Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılarkən qanunsuz olaraq gəzdirdikləri tapançadan polis əməkdaşlarına atəş açıblar.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək N.Umarlı 6 il, A.Balakişiyev isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmayıb.

 

Daha sonra müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarı ilə maddi və prosessual hüquq normalarının pozulması səbəbindən Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş təkrar apellyasiya baxışına qaytarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...