Brüssel görüşü nə vəd edir - Sülh müqaviləsi imzalanacaqmı?
“Avropa İttifaqı başa düşür ki, Azərbaycan yeni formatlar üzərində işləyir”
Oktyabr ayının axırında Azərbaycan-Ermənistan liderlərinin yenidən Brüssel formatında görüsü gözlənilir. Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qərəzli qətnamədən sonra Avropanın belə görüşlərdə nə dərəcədə maraqlı olduğu şübhə doğurur. Eyni zamanda bu cür formatlarda görüşlərin keçirilməsi, birmənalı qarşılanmamaqla yanaşı Avropanın region xatirinə manevr imkanlarının əldən verilməməsi kimi dəyərləndirilir. Avropada bir qısm ermənipərəst mövqdən çıxış edən dövlətlər Azərbaycana qarşı haqsız iddiaları sürdürsə də, digər qism Azərbaycanın əhəmiyyətini unutmur, danışıqlar prosesində vasitəçiliyini əldən verməmək üçün addımlar atır.
Bütün hallarda növbəti Brüssel görüşü nə vəd edir?
“…bu, Ermənistanın bütün ərazilərimizdən qeyd-şərtsiz çıxmasını şərtləndirir”
Politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan prezidentinin son olaraq Gürcüstanda verdiyi bəyanatdan da göründüyü kimi istənilən vasitəçillərlə danışıqların aparılmasını dəstəkləyir.
Politoloqun fikrincə o şərtlə ki, həmin vasitəçilər qərəzli olmasınlar və prosesə obyektiv yanaşma ortaya qoysunlar:
“Biz son görüşdən iştirakçıların qərəzli mövqeyi səbəbindən imtina elədik. Söhbət Fransa kimi ölkələrdən gedir. Bu, faktiki olaraq Avropa İttifaqının özünə də verilmiş bir mesaj idi. məlum olduğu kimi Avropa İttifaqı prezidenti Şarl Mişelin İlham Əliyevlə telefon danışığnda bir daha Azərbaycanın sülh prosesinə töhvə verməkdə maraqlı olduğu çatdırılıb, amma o da bildirilib ki, biz nəticəli görüşlərin keçirilməsində maraqlıyıq və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistandan, həm də hələ də işğal altında olan 8 kəndimizlə bağlı müvafiq addımların atılmasını gözləyirik. Başqa sözlə prezident İlham Əliyev Avropa İttifaqının prezidentinə oktyabrın axırında keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunmasının vacibliyini çatdırıb və bu, ölkəmizin ərazi bütövüyünü tanıyan Ermənistanın bütün ərazilərimizdən qeyd-şərtszi çıxmasını şərtləndirir”.
Politoloq qeyd edib ki, Avropa Parlamenti kimi qurumların qəbul etdiyi qətnamələr və yaxud Avropa İttifaqının Azərbaycanla bağlı qətnamə qəbul etmk niyyətləri onun neytral vasitəçi imicinə ziyan gətirir:
Görüşlərdə ona görə iştirak edirik ki, kimsə bizim sülhdə maraqlı olmadığımızı iddia edərək bizə irad tutmasın. Görüşün harada, kimin vasitəçiliyi ilə keçirməsindən asılı olmayaraq Azərbaycanın konkret mövqeyi var. Mövqeyimiz beynəlxalq hüququn bizə verdiyi imkanlara əsaslanır. Azərbaycanın sühlə bağlı 5 baza prinsipdən ibarət təklifləri ortadadır. Nə qədər ki, vasitəçilər bu prinsiplərdən kənara çıxamayacaq, nə qədər ki, Ermənistan üzərinə göürdüyü öhtəliklərin icraası istiqamətində addımlar atacaq, biz də belə görüşlərdə iştirak edəcəyik”.
R.Bayramov vurğuladı ki, bu görüşlər Azərbaycanı nələrdənsə imtinaya məcbur edəcəksə, təbii ki, bu görüşlərdə iştirak mənasız olacaq və Azərbaycan imtina ilə bağlı qərar qəbul edə bilər:
“Avropa İttifaqı bunu kifayət qərə yaxşı anlayır və onu da başa düşür ki, vasitəçiliyi ilə aparılan görüşlərdə hər hansı bir nəticəyə nail olunmayacaqsa, ortaya Rusiya, ABŞ kimi oyunçuların daha rahat daxil olma imkanları yaranacaq. Avropa İttifaqı başa düşür ki, Azərbaycan yeni formatlar üzərində işləyir və bununla bağlı ilkin mesajlar Gürcüstanda verilib. Bu da Cənubi Qafqaz problemlərinin kənarda deyil, məhz Cənubi Qafqazda həllinə dairdir. Biz bütün dünyaya başa salmışıq ki, münasibətərin tənzimlənməsi, sülh danışıqlarında maraqlıyıq, amma kiminsə öz məqsədləri üçün bu görüşlərdə vasitəçi qismində iştirak etməsini, Azərbaycan-Ermənistan münasibətlərinə öz maraqları müstəvisində yanaşmasını qəbul etməyəcəyik”.
“Əgər Fransa prosesə təzyiq etməsə, Brüsseldə irəliləyiş əldə edilə bilər”
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Brüssel görüşünün effektiv alınması Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinən asılıdır. Onun sözlərinə görə, Paşinyan dediyini etməlidir və əgər “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyirsə, bu məsələyə son verilməlidir. Politoloq hesab edir ki, Brüsseldə hər hansı sənədin qəbul olunacağını söyləmək çətindir.
E.Şahinoğlu bildirib ki, danışıqlar davam edəcək, yenə də sərhəd məsələləri dəhlizin açılması müzakirə ediləcək. Hər şey Paşnyanın mövqeyindən asılı olacaq. İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər:
“Paşinyan üçün sülh müqaviləsinə imza atmaq üçün münbit şərait yaranıb. O, Qarabağ yükündən azad olunub. Qarabağ məsələsini Azərbacan özü həll edib. Əgər Fransa prosesə təzyiq etməsə Brüsseldə irəliləyiş əldə edilə bilər. Eyni zamanda Şarl Mişelin Makronun təsiri altına düşüb-düşməməsindən də asılı olan məqamlar var”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"