"İlham Əliyev son NİDAnı qoydu!"
Fuad Əliyev: "Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız Qarabağı öz ay-ulduzu ilə bəzədi"
Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Azərbaycan Prezidenti Xankəndi şəhərində də Azərbaycan bayrağını ucaldıb.
Prezidentliyə eks-namizəd, Müstəqil Həmkaralar Birliyinin sədri Fuad Əliyev Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltmasını yüksək dəyərləndirərək, Azərbaycan xalqının bu anı səbirsizliklə gözlədiyini qeyd edib.
F.Əliyev bildirib ki, Tanrı son 30 ildə bizə azadlıq və müstəqil olduğumuzu bəxş etdi:
"Millətimizin imzası imzalar içərisində yer tutdu, müstəqil Azərbaycanımız dövlətlər sırasına qoşuldu, bayrağımız dünyanın əksər ölkələrində qaldırıldı. 30 il ərzində bir arzu ilə yaşamış xalqımız məhz bu gün, prezident İlham Əliyevin Prezident seçilməsinin 20 illiyini qeyd etdiyimiz günü, son NİDAnı gördü - Bayrağımız Xankəndində ucaldı".
F.Əliyev qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bizim üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada, digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır:
"Böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.
Eşq olsun Azərbaycan əsgəri və zabitlərinə!
Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə!
Eşq olsun, Azərbaycan bayrağına!
Qarabağ Azərbaycandır!!!"
AYSEL
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"