“Əli və Nino” tat dilində

18:25 18-10-2023 | icon 2081 | Ədəbiyyat
“Əli və Nino” tat dilində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən tat dilinə tərcümə edilərək çap olunan “Əli və Nino” kitabının təqdimatı keçirilib.

 

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman kitab haqqında məlumat verib. Bildirib ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir. Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevdir. Tat dilində çap olunan “Əli və Nino” kitabının redaksiya heyətinə Mərkəzin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı, Tehran Alışanoğlu və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi daxildir. Rafiq Səməndərin rəyçi olduğu kitabı tat dilinə Rusiya Vladimir Dövlət Universitetinin dosenti Telman Əliyev tərcümə edib. Layihəyə məsul şəxs Mərkəzin şöbə müdiri Rəşad İlyasovdur. O diqqətə çatdırıb ki, görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri dünyanın 33 dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib. Vurğulayıb ki, Mərkəz tərəfindən “Əli və Nino” əsəri ötən illər ərzində udi, talış və ləzgi dillərinə də tərcümə edilərək çap olunub.

 

Tədbir çərçivəsində Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı maliyyə vəsaiti hesabına “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin hazırladığı “Tolerantlığın Azərbaycan modeli – azsaylı xalqlar” sənədli filmi nümayiş olunub.

 

Daha sonra çıxış edən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov, “Tolerantlığın Azərbaycan modeli - azsaylı xalqlar” sənədli filminin rejissoru Ceyhun Şüküroğlu, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin nümayəndələri Məhəmməd Əliyev, Elçin Mirzəbəyli qeyd ediblər ki, Azərbaycanda yaşayan xalqlar hər zaman bir olublar. Bu, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Bütün xalqların nümayəndələri Zəfərə gedən yolda “Dəmir yumruq” kimi birləşdilər. Tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdilər.

 

Tədbir müzakirələrlə davam edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI