Qadın qatili başqa cinayət əməlləri də törədib

11:36 25-10-2023 | icon 505 | Hadisə
Qadın qatili başqa cinayət əməlləri də törədib

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun cinayət işinin bəzi detalları məlum olub. O, qətllə yanaşı, digər cinayət əməlləri də törədib.

 

Belə ki, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov 06 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurub. Eyni zamanda o, 1 avqust 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan dövr ərzində paytaxtın Xətai rayonu və digər ərazilərdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 14 nəfərə qarşı ümumilikdə 81 287 manatlıq dələduzluq edib. 

 

Qətl hadisəsi də elə onun borclarının üstündə baş verib. İttihama görə, 11 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Elnur Məhərrəmov qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu 1975-ci il təvəllüdlü Kifayət İsayeva ilə kirayə yaşadığı ünvanda görüşüb, gecəni birlikdə qalıb. 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində birlikdə evdən çıxmaq üçün həmin mənzilin qonaq otağında zərərçəkmiş şəxsin hazırlaşmasını gözləyərkən onlar söhbət ediblər. Söhbət zamanı qadın yaşayış evini satıb, özünə yeni avtomobil alacağını deyib. Elnur isə bundan əsəbiləşərək Kifayətin evini sataraq ona borclarını ödəməsində köməklik edəcəyi barədə vədini xatırladıb. Sonra onların arasında mübahisə yaranıb. Elnur qadına ailəsinin dağılmasına, maddi vəziyyətinin pisləşərək borclanmasına səbəbkar olmasını bildirib. Zərərçəkmiş şəxs isə onun ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs otaqdakı dolabın üzərindən götürdüyü çilingər açarı ilə qadının baş nahiyəsindən zərbələr vuraraq onu öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Elnur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib. /Pravda.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər