Fəhlələr arasında DAVA

09:32 26-10-2023 | icon 496 | Hadisə
Fəhlələr arasında DAVA

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəhman Salahovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 14 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bakı Yaşayış Kompleksi”nin həyətində qeydə alınıb.

 

Belə ki, Rəhman Salahov işlədiyi həmin ərazidə iş yoldaşı, zərərçəkmiş Mirəli Qafarzadə (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan siqaret istəməsi olub. O, Mirəliyə siqaretinin olmadığını deyib. Bu zaman zərərçəkmiş şəxs onu söyüb. Nəticədə Rəhman naməlum deşici-kəsici alətlə Mirəli Qafarzadənin döş qəfəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Daha sonra Rəhman Salahov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. /Pravda.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ölkəmiz barədə bu iddia SAXTADIR