Ali Məhkəməyə yeni SƏLAHİYYƏT VERİLİR
Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslara Azərbaycan ərazisində Ali Məhkəmə baxacaq.
Versus.Az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində yer alır.
Ali Məhkəmə xarici arbitraj məhkəməsinin qərarı barədə ərizə əsasında bu məsələlərə baxacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Qanunda bu məsələ əksini tapmayıb.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...