Xocalı qatilinin 6-cı MƏHKƏMƏSİ
Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək bugünkü iclasda iş üzrə son bir neçə zərərçəkmiş və şahid dindiriləcək.
Prosedura görə, daha sonra məhkəmə istintaqı tamamlanmalı, çıxışlar mərhələsinə keçirilməlidir.
İclas birazdan başlayacaq.
Xatırladaq ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə hücum edib. Hücum nəticəsində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Vaqif Xaçatryan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlakı məhv edib.
V.Xaçatryan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham olunur. (Qafqazinfo)
Xəbər lenti
"Minatəmizləmə ilə bağlı film çəkilsin!"
"Hazırda görülən işlərin gələcək nəsillərə çatdırılması..."