Şuşa və ya Xankəndidə yeni teleməkan YARADILACAQ

14:19 03-11-2023 | icon 1184 | KİV
Şuşa və ya Xankəndidə yeni teleməkan YARADILACAQ

“Azərbaycan xalqının informasiya təhlükəsizliyi ilə bağlı səsimizin ucaldılması üçün Şuşa və ya Xankəndidə yeni teleməkan, yaxud informasiya istehsalı məkanı yaratsaq və bunu büdcədə nəzərə alsaq, uyğun olar”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

Onun sözlərinə görə, yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı:

 

“Xocalı Azərbaycan mədəniyyətinin ən dərin qatıdır. Orada çoxsaylı arxeoloji işlər aparılmalıdır. Qarabağ ərazisində elə kurqanlar var ki, onlar öyrənilməli və araşdırılmalıdır. Bunun üçün də yaxşı tarixçilər yetişdirilməlidir. Bu səbəbdən bütün bunlar üçün gələcəkdə dövlət büdcəsindən lazımi vəsaitin ayrılması yaxşı olar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI