İraq-Azərbaycan əməkdaşlığı dərinləşir

12:05 23-11-2023 | icon 492 | Siyasət
İraq-Azərbaycan əməkdaşlığı dərinləşir

Könül İsmayılova: “Mühüm əməkdaşlıqlar həmişə uğurlu və daimi olur”

 

“Azərbaycan-İraq əməkdaşlığı tarixə söykənir. İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhvə verəcəyindən və əməkdaşlığımızda yeni səhifənin açılacağından xəbər verir”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

 

Hər iki ölkənin maraqlarının qarşılıqlı şəkildə müdafiə olunduğunu deyən Könül İsmayılova qeyd edib ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir:

 

“Azərbaycan Prezidenti İraq prezidenti ilə görüşlə bağlı mətbuata verdiyi bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzündən, ərazilərimizin 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından qovulmasından danışdı. Bildirdi ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Nəhayətdə Azərbaycan özü öz tarixi torpaqlarını öz qüvvəsi ilə həll etməli oldu”.

 

Könül xanım vurğuladı ki, Azərbaycan Prezidentinin bütün rəsmi görüşlərdə Azərbaycan gerçəkləri barədə ətraflı məlumat verməsi qısa zamanda əldə etdiyimiz uğurlarımızı hələ də həzm edə bilməyən dövlətlərə təkrar-təkrar verilən mesajlardır:

 

“Düşünürəm ki, bu mesajları cənab İlham Əliyevə hər zaman dəstək olan bizlər də yüksək tribunalardan səsləndirməli, rəsmi görüşlərdə bəyan etməliyik. Belə olsa, DƏMİR YUMRUĞumuz daha da sıx, daha da möhkəm olar. Ölkə başçımızın da dediyi kimi, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Biz ictimai nümayəndə olaraq çalışmalıyıq ki, Ermənistanın dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana qarşı yararlanması məhdudlaşsın. Adətən düşmənin hardan hücum edəcəyi bəlli olmasa da, Ermənistanın nə vaxt, harda, kimlərin ətəyindən yapışaraq Azərbaycana hücum edəcəyini dövlətimizin başçısı yaxşı bilir. Odur ki, bu yöndə lazım olan addımları zamanında atmaqla hadisələri qabaqlayır”.

 

Azərbaycanın daim sülh tərəfdarı olduğunu qeyd edən Könül xanım bildirdi ki, dost dövlətlərlə müəyyən sahələrdə əməkdaşlıqlar, qarşılıqlı maraqlar təmin olunub və bu proses davamlıdır:

 

“Bu günlərdə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində də Azərbaycanla əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Bu əməkdaşlıqların hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq deyə bilərəm ki, uğurlu və daimi olacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB