Nazirdən yeni təyinatlar

15:54 23-11-2023 | icon 325 | Mədəniyyət
Nazirdən yeni təyinatlar

Xalq Çalğı Alətləri Orkestrinə baş dirijor təyin edildi

 

Cahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin edilib.

 

Təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmrlər imzalayıb.

 

Belə ki, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan olub. 1984-1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988-1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

 

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.

 

2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.

 

Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax  rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub. 

 

2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.

 

2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb. 

 

M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru  və baş müəllim vəzifələrində işləyib. Eyni zamanda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib. 

 

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Dünyanın gözü qarşısında baş verən dəhşətli cinayət - XOCALI SOYQIRIMI

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

“Xocalı soyqırımının 32-ci ilində başımız dikəldi”

Gimnastımız Rumıniyada bürünc medal qazandı

Hindistan hərbi istehsalı və ixracını üç dəfə artıracaq

İstanbulda Xocalı soyqırımına həsr olunmuş KONFRANS

Naxçıvan istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qərbi Azərbaycan XRONİKASI

“Qalatasaray”-dan Türkiyə Futbol Federasiyası prezidentinin istefası TƏLƏBİ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ