Sahibkarlara XƏBƏRDARLIQ

10:21 24-11-2023 | icon 472 | Sosial
Sahibkarlara XƏBƏRDARLIQ

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir.

 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən qida müəssisələrinin təsdiq olunması üçün həmin obyektlərin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

 

Müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən mütəmadi olaraq, müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

 

Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bu səbəbdən AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

 

Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarının ölkəmizə idxal edilməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir.

 

Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytından, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə isə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ölkəmiz barədə bu iddia SAXTADIR