Şuşanın bəzi kəndləri Xocalı rayonunun tərkibinə verilir
Şuşa rayonunun bəzi kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Versus.Az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi nəzərdə tutulur.
Xəbər lenti
Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD
Bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz...