AMİP-in Qurultayı keçirilib
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Qurultayı keçirilib.
Versus.Az xəbər verib ki, bu barədə AMİP-in Mətbuat Xidmətinin məlumatında bildirilib.
Partiya Nizamnaməsini “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunaşdırmaq üçün keçirilən Qurultayda AMİP Nizamnaməsinə qanunun tələblərindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilib.
Nizamnamədə həmçinin Pariyanın icra və qərarverici qurumlarının vəzifə və səlahiyyətləri, təyinatlı və seçkili qurumların formalaşması və say tərkibi ilə bağlı da müvafiq dəyişiklər edilmiş, partiyanın idarəedici orqanı olan Siyasi Şuranın birbaşa Qurultay tərəfindən seçilməsi, rayon (şəhər) təşkilat sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi, AMİP Mərkəzi Şurasını adının dəyişdirilərək AMİP Ali Məclisi adlanması ilə bağlı düzəlişlər edilib.
Qurulytayda həmçinin ölkədə və regionda mövcud olan siyasi vəziyyət, beynəlxalq güclərin ədalətsiz mövqeyi, eləcə də ölkəmizdəki sosial-iqtisadi vəziyyətlə bağlı geniş müzakirələr aparılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"