Günel Qurbanovadan “Dünyamın içində”-yə klip
Bu günlərdə Azərbaycan mədəniyyət sahəsinə fərqli iş təqdim olunub. On beş illik səhnə fəaliyyəti ilə məşğul olan bluz, fank, soul və caz janrlarında ifa edən müğənni Günel Qurbanova öz yeni pop janrındakı mahnısına çəkilmiş klipini sevənlərinə təqdim edib.
Versus.Az xəbər verir ki, noyabrın 21-i sosial platformalarda təqdim olunan klip tez bir zamanda sevilib və böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “Dünyamın içində” adlı mahnının bəstəkarı İsmayıl Əsədov, söz yazarı Ləman Abbaslı, aranjemanı Ramin Əli və klipin rejissoru isə Cavid Orucludur (Delee).
Həmçinin Günel Qurbanova tanınmış gürcüstanlı vokal müəllimi Mzia Qambaşidzedən vokal dərsləri alıb.
Xanım müğənninin ilk solo konserti isə 2012-ci ildə dövlət kanalı Mədəniyyət TV-də nümayiş olunub.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır