"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"
Elşad Mirbəşir: “Bu, Məkəzi Asiya ölkələri ilə Azərbayanın əməkdaşlığını yeni bir mərhələyə qaldıracaq”
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yeni rellıqlar çərçivəsində əməkdaşlığını inkişaf etdirməsi, siyasi münasibətlərini daha da intensivləşdirməsi, böyük bir coğrafiyada konstruktiv əməkdaşlığı inkişaf etdirib birgə təhlükəsziliyi görmək imkanı verir. Azərbaycanda hökm sürən təhlükəszilik mühiti, sabitlik, münbit sərmayə şəraiti ölkəmizi cəlbedici edir. Bu mənada Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın əsas drayveri rolunda qeyd olunan amillər çıxış edir”.
Versus.Az xəbər verir ki, bu barədə deputat Elşad Mirbəşir BMT-nin Mərkəzi Asiya ölkələri üçün Bakı Zirvə görüşünün əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Orta Asiya ölkələri ilə Azərbaycan arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin daha dinamik inkişafını son illər daha çox müşahidə etməkdəyik. Orta Asiya ölkələri ilə Azərbaycan arasında inkişafa meyilli münasibətlərin hər zaman olduğunu deyən E.Mirbəşir yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinin hər zaman bu ölkələrinin maraq dairəsində olduğunu bildirib:
“Son illər energetika və nəqiyyat sahəsinə xüsusi diqqət yetirilir. Orta Asiya ölkələri ilə əməkdaşlığın dinamik inkişafını kəsb etməkdəyik. Bu mənada Azərbaycan, Özbəkisatan, Qazaxıstan münasibətlərini xüsusilə vurğulamaq lazımdır. Əməkdaşlığın dinamik inkişafı kontekstində Azərbaycanla Orta Asiya ölkələri arasında olduqca keyfiyyətli yeni siyasi münasibətlər sistemi qurulmuşdur. Azərbaycanla Orta Asiya ölkələri arasındakə əməkdaşlıq, həm də müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətəri Təşkilatı çərçivəsində dinamik inkişaf etməkdədir”.
E.Mirbəşir qeyd edib ki, bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Orta Asiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir trendi nəzərə çarpmaqdadır. Belə ki, Azərbaycan tərəfi Müdafiə və Təhlükəszilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edir. Onun sözlərinə görə, Azərbaycanın, Orta Asiya ölkələrinin marağında olan istiqamətlərdən biri də logistika sahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir:
“Azərbaycanın malik olduğu unikal nəqliyyat -lagistika infrastrukturu ölkəmizin bu istiqamətdə cəlbediciliyini artırır. Son dövrlərdə Azərbaycanın əsas iştirakçılığı ilə Şimal Cənub, Qərb -Şərq nəqliyyat dəhlizlərinin formalaşdırılması gələcəkdə Azərbaycanı mühüm logistika mərkəzinə çevirməklə, Məkəzi Asiya ölkələri ilə Azərbayanın əməkdaşlığını yeni bir mərhələyə qaldıracaqdır. Azərbaycanın malik olduğu nəqliyyat-logistika imkanlarından istifadə etməklə enerji daşıyıcılarının, digər malların Avropa istehlak bazarlarına çatdırılması imkanları, perspektivləri Mərkəzi Asiya ölkələri tərəfindən yüksək qiymətləndirilməkdədir. Azərbaycanın iştirakçılığı ilə nəqliyyat layihələrinin həyata keçirilməsi tərəflər arasında təməsların əsas müzakirə predmetini təşkil etməkdədir. Xəzər dənizi bu mənada Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın simasında, bütövlükdə Cənubi Qafqaz regionu arasında olduqca mühüm körpü rolunu oynamaqdadır. Xəzər dənizi üzərindən həm Orta Dəhliz layihəsinin həyata keçirilməsi, həm təmasların daha intensiv və səmərəli xarakter alması ölkələr arasında olduqca konstruktiv dialoq formalaşdırır. Belə olduğu təqdirdə əməkdaşlıq da tərəflərin maraqları çərçivəsində şaxələnməkdə və keyfiyyətli xarakter almaqdadır”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"