Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

09:41 29-11-2023 | icon 436 | Sağlamlıq
Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

“Hər gün eyni vaxtda qəbul edilməzsə…”

 

“Qış mövsümündə vətəndaşlar artan xəstəliklərdən qorunmaq üçün tez-tez antibiotiklərdən istifadə edirlər. Lakin zərərli bakteriyaları məhv edən antibiotiklər, həmçinin immunitet sisteminə də zərər verə bilər”.

 

Bu barədə yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə türkiyəli mütəxəssis Müzalin Çiğdem Yıldırım danışıb.

 

Antibiotik istifadəsində çox diqqətli olmağı tövsiyə edən mütəxəssis bu dərmanların yan təsirlərindən də bəhs edib.

 

“Antibiotiklər təsirli dozalarda, optimal fasilələrlə və uyğun zamanda istifadə edilməlidir. Ən çox görülən yan təsirləri qaşınma, səpgilər, nəfəs darlığı, ürək döyüntüsü kimi allergik simptomlar və ishal, qəbizlik, ürəkbulanma, qusma və qarın ağrısı kimi həzm sistemi narahatlıqlarıdır. Bəzi antibiotiklər qadınlarda vaginal pozğunluqların yaranmasına da səbəb ola bilər”, - deyə Müzalin Çiğdem Yıldırım bildirib.

 

Mütəxəssisin sözlərinə görə, antibiotiklər həkim tövsiyəsi olmadan reseptsiz istifadə edilərsə, başda böyrək və qaraciyər olmaqla bir çox orqanlara zərər verə bilər.

 

“Bəzi antibiotiklər digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu da müxtəlif reaksiyaların yaranmasına və ya hər hansı müalicənin effektivliyinin azalmasına səbəb ola bilər”, - deyə o əlavə edib.

 

“Antibiotiklər hər gün eyni vaxtda qəbul edilməlidir. Bu, həm dərmanın təsir müddəti, həm də müqavimətin formalaşması baxımından vacibdir”, - deyə Yıldırım bildirib.

 

Əksər antibiotik müalicəsinin 7-14 gün davam etdiyini bildirən mütəxəssisin sözlərinə görə, bəzi hallarda daha qısamüddətli müalicələr də müsbət nəticələr verə bilər.

 

“Müalicə başa çatmamış antibiotik qəbulu dayandırılarsa, bu zaman bakteriyaların tamamilə məhv olması və tam sağalma mümkün olmaz. Bakteriyalar daha sonra antibiotiklərə qarşı davamlılıq qazana bilər və dərmanlar təsirini itirər. Hər bir antibiotikin optimal təsir müddəti var ki, buna əməl edilməzsə, dərmanın təsiri azala bilər, həmçinin bakteriyalar çoxalmağa başlayar. Antibiotiklər ən tez 72 saat ərzində təsir göstərir. Əgər vaxtında qəbul etməmisinizsə, xatırladığınız zaman qəbul edə bilərsiniz. Əgər buraxılmış dozanın vaxtı ilə yeni dozanın qəbul vaxtı üst-üstə düşürsə, həmin saatda qəbul ediləcək dozanı içə bilərsiniz”, - deyə Müzalin Çiğdem Yıldırım qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI