“CinemaPlus”da bu tarixlərdən etibarən

12:00 29-11-2023 | icon 779 | Film
“CinemaPlus”da bu tarixlərdən etibarən

“Cin atı” komediya filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 29 noyabrdan etibarən Azərbaycan istehsalı olan “Cin atı” komediya filminin nümayişi başlayır.

 

Filmin rejissorları: Kənan Zeynalov və İsmayıl Zeynalov.

 

Baş rollarda: Dilarə Əliyeva, Müşfiq Şahverdiyev, Nərmin Xankişiyeva.

 

Müddəti 95 dəqiqə. Yaş həddi 12+.

 

Film haqqında qısa məlumat: Sirkdə təlimçi işləyən Xilafə alnına dəyən at təpiyindən huşunu itirir və ölüm ayağında həyat yoldaşı Ələşrəfdən xahiş edir ki, heç olmasa, bir il gözləyib sonra evlənsin. Ələşrəf söz verir, amma təbii ki, sözünün üstündə durmur və 40 gündən sonra Arifə adlı xanımla evlənir. Cin atına minən Xilafənin ruhu Ələşrəflə Arifəni toy gecəsi qovuşmağa imkan vermir.

 

 

“Stadionlar səssiz olanda” bioqrafik idman filmi 

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 noyabrdan etibarən Azərbaycan istehsalı olan “Stadionlar səssiz olanda” bioqrafik idman filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Əli-Səttar Quliyev.

 

Baş rollarda: Fərhad Səmimi, Məmməd Əlili, Naqi Əliyev, Amin Adıgözəlov.

 

Müddəti 90 dəqiqə. Yaş həddi 12+.

 

Film haqqında qısa məlumat: Ekran işi keçmiş tanınmış futbolçu, hal-hazırda isə ölkəmizin ən uğurlu futbol məşqçisi sayılan Qurban Qurbanova həsr olunub. Filmdə xronoloji ardıcıllıqla Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq Çempionlar Liqasının qrup mərhələsində oynamasına qədər həyatı, futbolçu karyerası və məşqçi fəaliyyəti göstərilib.

 

 

“Şükran Günü” qorxu filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 noyabrdan etibarən ABŞ istehsalı olan “Şükran Günü” qorxu filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Elay Rot.

 

Baş rollarda: Rik Hoffman, Eddison Rey, Cina Gerşon.

 

Müddəti 120 dəqiqə. Yaş həddi 18+.

 

Film haqqında qısa məlumat: Çoxdan gözlənilən “Black Friday” faciə ilə başa çatır və Şükran Günü bayramından ilhamlanan sirli qatil hekayənin baş verdiyi Massaçusets ştatının Plimut şəhərini qorxu içində saxlamağa başlayır.

 

Qeyd etmək istərdik ki, film iki dildə - ingilis və türk dillərində nümayiş olunacaq.

 

 

 “Səssiz qəzəb” döyüş filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 noyabrdan etibarən ABŞ istehsalı olan “Səssiz qəzəb” döyüş filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Con Vu.

 

Baş rollarda: Yuel Kinnaman, Katalina Sandino Moreno, Kid Kadi.

 

Müddəti 120 dəqiqə. Yaş həddi 18+.

 

Film haqqında qısa məlumat: Küçə dəstələrinin qarşıdurması zamanı təsadüfi güllə xoşbəxt ailəni gənc oğuldan, atanı isə səsindən məhrum edir. Birillik intensiv məşqdən sonra oğlanın atası düşmənlərinin qorxulu yuxusuna çevrilir. Faciənin ildönümündə o, yolunda dayanan hər kəs üçün fasiləsiz qisas simfoniyası ifa etmək niyyətindədir. İndi onun hərəkətləri sözlərdən daha yüksək səslə danışacaq.

 

 

“Qayınana” komediya filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 noyabrdan etibarən Rusiya istehsalı olan “Qayınana” (Тёща) komediya filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Askar Uzabayev.

 

Baş rollarda: Larisa Quzeyeva, Qarik Xarlamov, Nastasya Samburskaya.

 

Müddəti 115 dəqiqə. Yaş həddi 16+.

 

Film haqqında qısa məlumat: Olqa Nikolayevna güclü, iradəli qadındır və mənzil-kommunal təsərrüfatının həyatından olduqca məmnun olan rəhbəridir. Onun evdə və işdə sözü keçir, həyat yoldaşı Roman Pavloviçə tamamilə nəzarət edir və qızı Varyanı qoruyur. Onun “xoşbəxt həyat” anlayışına sığmayan yeganə şəxs yaxın günlərdə dünyaya gələcək nəvəsinin atası Viktordur. Bir gün qarşılıqlı aqressiya o qədər böyüyür ki, ailə bayramında vəziyyət nəzarətdən çıxır.

 

 

“Qodzilla - 1.0” fantastik döyüş filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 1 dekabrdan etibarən Yaponiya istehsalı olan “Qodzilla - 1.0” fantastik döyüş filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Takasi Yamadzaki.

 

Baş rollarda: Minami Hamabe, Ryunosuke Kamiki, Sakura Ando.

 

Müddəti 140 dəqiqə. Yaş həddi 12+.

 

Film haqqında qısa məlumat: Müharibədən sonra Yaponiya çox zəifləyir. Tərslikdən, məhz bu vəziyyətdə ən təhlükəli düşmənlə qarşılaşır - Qodzilla ilə.

 

Qeyd etmək istərdik ki, filmə Azərbaycanda ən son 4DX texnologiyası ilə “Dəniz Mall”da yerləşən “CinemaPlus”da baxmaq olar.

 

 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

 

mobil tətbiqindən, “iOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya (012) 499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT