Rusiyaya gedən azərbaycanlıların NƏZƏRİNƏ

18:07 29-11-2023 | icon 337 | Cəmiyyət
Rusiyaya gedən azərbaycanlıların NƏZƏRİNƏ

Sənəd imzalayaraq öhdəlik götürəcəklər

 

Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.

 

Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.

 

Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.

 

“Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, - deyə sənəddə bildirilir.

 

Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.

 

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.

 

Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.

 

Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq