“Deputatların çoxu əsgərlikdə olmayıb”

18:21 29-11-2023 | icon 368 | Cəmiyyət
“Deputatların çoxu əsgərlikdə olmayıb”

Polkovnik xidmət vaxtının uzadılmasına etirz etdi

 

“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. “Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır?” fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar, yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər”.



Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 



O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 



Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir:

 

“Hərbçi üçün saat anlayışı yoxdur”.



Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var:


“Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbi sahəyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq. Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu 2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”.

 

Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən yanlışdır:



“Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərb sahəsinin nə olduğunu anlamaq istəmirlər”.

O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun var:

“Bütün dünyada belədir ki, harada hərbi sahə varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır”. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI