Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

12:09 30-11-2023 | icon 497 | Cəmiyyət
Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Fuad Əliyev: "Həmkarlar Konfederasiyanın adı var, özü yox kimidir"

 

“Bəzi dövlət təşkilatların qərarlrı Əmək Məcəlləsinə ziddir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirb.

 

Fuad Əliyev qeyd edib ki, bəzi dövlət təşkilatları işçiləri işdən azad etmək üçün qeyri-qanuni olaraq imtahan keçirirlər, bağlanan müqavilələrin tarixini qeyd etmirlər və s. kimi müxtəlif səbəblər gətirirlər:

 

"Halbuki, işçilərdən yalnız 5 ildən bir imtahan götürmək olar. Bağlanan müqavilələrin tarixi mütləq qeyd olunmalıdır. Bütün bunlar Əmək Məcəlləsinə ziddir".

 

Bu sahədə ədalətsizliklərin çox olduğunu vurğulayan Fuad Əliyev, bəzi müəssisələrdə iş şəraitinin ağırlığına, əmək haqqının iş şəraitə uyğun olmamasına diqqət çəkib:

 

"Əmək müqavilələri bağlanır amma tarixi qeyd edilmir. Sonra da rəhbərliyə lazım olanda, “müqavilənin vaxtı bitib” deyərək işçiləri işdən çıxarırlar. İşçi haqqını tələb edə bilmir. Bilmir kimə müraciət edsin. Halbuki bu məsələ birbaşa Həmkarlar Konfederasiyasına aiddir. Həmkarlar Konfederasiyanın adı var, özü yox kimidir”.

 

Fuad Əliyev deyir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər işəgötürənlərin xeyrinədir:

 

"Son 10 ildə Məcəlləyə 500-dən çox dəyişiklik edilib. Bu dəyişikliklərin çoxu işçilərin ziyanına olur. Bu, Həmkarlar ittifaqlarının fəaliyyətsizliyi ucbatından baş verir. İstənilən sektorda çalışan işçilərin əksəriyyəti kollektiv müqavilə ilə işə götürülür və elə orda da bir həmkarlar ittifaqlarına bağlanırlar, maaşlarından bu qurumlara ödənişlər edirlər. İşçilərin maraqlarını qorumağa söz verən həmkarlar ittifaqları bu vədlərinə əməl etmirlər, işçi haqlarının pozulmasına göz yumurlar. Bu da nə vaxtsa sosial partlayışa səbəbi ola bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI